“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsində, “Balıqçılıq
haqqında”, “Yeyinti məhsulları
haqqında”, “Taxıl haqqında”, “Üzümçülük
və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası
məqsədi ilə duzun
yodlaşdırılması haqqında” və
“Çayçılıq haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli
1662-VQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində,
"Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”,
"Taxıl haqqında”,
"Üzümçülük və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
və "Çayçılıq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il
12 iyul tarixli 1662-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində,
"Balıqçılıq haqqında”, "Yeyinti məhsulları haqqında”,
"Taxıl haqqında”,
"Üzümçülük və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
və "Çayçılıq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. "Yeyinti məhsulları haqqında”
Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin
ikinci və üçüncü hissələrində,
"Üzümçülük və şərabçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
6.4-cü maddəsində, "Çayçılıq haqqında”
Azərbaycan Respublikası
Qanununun 10.4-cü və
12.2-ci maddələrində nəzərdə tutulmuş
orqan (qurum) barədə təkliflərini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Yeyinti məhsulları haqqında”
Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin
ikinci və üçüncü hissələrində
nəzərdə tutulan
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. "Taxıl
haqqında” Azərbaycan
Respublikası Qanununun
11.2-ci maddəsinin birinci
cümləsində nəzərdə
tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.3. həmin
Qanunun 11.2-ci maddəsinin
birinci cümləsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;
2.4. "Üzümçülük
və şərabçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
6.4-cü maddəsində, 20.3-cü maddəsinin birinci cümləsində və
27.2-ci maddəsində nəzərdə
tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.5. həmin
Qanunun 20.3-cü maddəsinin
birinci cümləsində
və 27.2-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;
2.6. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsinin
birinci cümləsində
nəzərdə tutulan
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.7. həmin
Qanunun 8.2-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur;
2.8. "Çayçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
10.4-cü, 12.2-ci maddələrində,
18.3-cü maddəsinin birinci
cümləsində və
22.2-ci maddəsində nəzərdə
tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.9. həmin
Qanunun 18.3-cü maddəsinin
birinci cümləsində
və 22.2-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində, "Balıqçılıq haqqında”,
"Yeyinti məhsulları
haqqında”, "Taxıl
haqqında”, "Üzümçülük
və şərabçılıq
haqqında”, "Yod çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında”
və "Çayçılıq
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 avqust 2019-cu il
Azərbaycan.-
2019.-21 avqust.- S.3.