Neft və qaz əsas iqtisadi
potensial olaraq qalır
Bu, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə
bir daha vurğulanıb
Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, ölkədə böyük
infrastruktur layihələri
icra olunur. Bu ilin əvvəlindən qarşıya qoyulan vəzifələr də müvəffəqiyyətlə yerinə yetirilir.
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən
müşavirədə bu
barədə ətraflı
bəhs olunub. Eyni zamanda
qeyd edilib ki, iqtisadi artım
üçün yeni mənbələr axtarılmalıdır.
İnkişaf dayanıqlı olmalıdır
və burada qeyri-neft sektorunun üzərinə mühüm
vəzifə düşür.
Bununla belə, neft-qaz sektorunun iqtisadi inkişaf üçün
əsas sektor olaraq qaldığı vurğulanıb.
Dövlət başçısı
bu barədə belə demişdir: "Ancaq onu da
bilməliyik ki, bu gün iqtisadi
inkişafımız üçün
əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb...
"Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması
nəticəsində Azərbaycan
əlavə gəlir əldə edəcəkdir.
Hesab edirəm ki, altı ayda görülmüş işlər
təqdirəlayiqdir”.
"Əsrin müqaviləsi”ndən sonra
yeni start götürən
Azərbaycan neft-qaz sənayesi son 15 ildə daha böyük yüksəlişə nail olub.
1997-ci ilin noyabrında
"Çıraq” platformasından
ilkin neft çıxarılandan bəri
"Azəri-Çıraq-Günəşli”
(AÇG) layihəsi çərçivəsində
hasilat ahəngdar davam edir. Hazırda
AÇG müqavilə sahəsində
8 platforma fəaliyyət
göstərir. Onların 6-sı hasilat platformasıdır.
2005-ci ildə ilk yükünü qəbul edən Bakı-Tbilisi-Ceyhan neft kəməri
2006-cı ildə tam bir
sistem kimi işə düşüb.
Ötən illər ərzində
Azərbaycan özünü
həm də qaz ixrac edən
ölkə kimi təsdiqləyib. 12 ildən çoxdur Gürcüstana və Türkiyəyə "Şahdəniz”
yatağının işlənməsinin
birinci mərhələsi
çərçivəsində çıxarılan qaz nəql olunur. Bakı-Tbilisi-Ərzurum kəmərinin uğurlu fəaliyyəti ölkəmizə imkan verib ki, daha
uzaq məsafələrə
qaz dəhlizi açaq. Artıq "Cənub qaz
dəhlizi”nin dörd seqmentindən üçü
hazırdır. Bir ildən
çoxdur Türkiyəyə
həm də TANAP-la (Transanadolu Qaz Boru Kəməri) mavi yanacaq çatdırılır.
Bu, "Şahdəniz-2”nin qazıdır.
Tikintisi sona yaxınlaşan TAP (Transadriatik
Qaz Boru Kəməri) gələn
il mavi
yanacağı neçə-neçə
Avropa ölkəsinə
də nəql edəcək.
Neft-qaz layihələri Azərbaycana
böyük gəlirlər
gətirir və gələcəkdə onların
həcmi daha da artacaq. Keçən
il ölkəmizdə
38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil olunub.
Bu rəqəmlər neftin Azərbaycan üçün qara qızıl olaraq qaldığını təsdiqləyir.
Xəzərin dərinliklərindən çıxarılan mavi yanacaq isə Azərbaycanın həm qaz ixrac edən
ölkə kimi şöhrətini, həm
də gəlirlərini
artırır. Bu barədə
Prezident İlham Əliyev cari ilin yanvar ayında
keçirilən "Azərbaycan
Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrasının yekunlarına
həsr olunan konfransda belə demişdir: "Əlbəttə
ki, bizim iqtisadiyyatımızın əsas
sahəsi neft-qaz sektorudur. Bu, bu
gün belədir, əvvəl də belə olub və bundan sonra da belə
olacaq. Biz sadəcə olaraq çalışırıq ki,
qeyri-neft sektorunu sürətlə inkişaf
etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi
formasiyada yaşamasına
baxmayaraq, Azərbaycanda
ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi
potensial olub”.
Qeyd edək ki, 1997-ci ilin payızından 2018-ci ilin
sonunadək AÇG yataqlarından
3,5 milyard barel neft hasil
olunub. 2006-cı ildə "Şahdəniz”
yatağından ilk qazın
çıxarıldığı vaxtdan keçən ilin sonunadək 100 milyard kubmetr mavi yanacaq əldə
edilib. Bu barədə BP Azərbaycan
şirkətinin 2018-ci ilə
aid "Davamlı inkişaf
haqqında hesabat”ında
məlumat verilib.
Azərbaycan Respublikası
Dövlət Neft Fondunun (ARDNF) məlumatında
AÇG və "Şahdəniz”
üzrə əldə
olunan gəlirlər açıqlanıb. Belə
ki, AÇG-dən
2001-ci ildən bu il iyulun 31-dək 143 milyard 366 milyon ABŞ dolları həcmində gəlir əldə olunub. AÇG yataqlarından
cari ilin əvvəlindən həmin
vaxtadək gələn
gəlir 5 milyard 160 milyon dollar təşkil edib. O cümlədən
"Şahdəniz” kondensatının
satışından 7 ay ərzində
gəlir 209 milyon
dollar olub.
"Şahdəniz”
yatağı üzrə
qazın satışından
əldə edilən ümumi gəlirlər isə 2007-ci ildən bu il iyulun sonunadək 2 milyard 703 milyon dollara çatıb.
Xatırladaq ki,
2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli”
yataqları üzrə
dəyişdirilmiş və
yenidən işlənmiş
Hasilatın Pay Bölgüsü
Sazişinin (HPBS) imzalanması
Azərbaycanın neft-qaz
potensialının böyük
olduğunu bir daha sübut etdi. 2050-ci ilədək
AÇG yataqlar blokuna
40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə
tutulur. Beynəlxalq
tərəfdaşlar ARDNF-yə
3,6 milyard dollar bonus ödəyəcəklər. Keçən
il yanvarın
29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində
ilk bonus ödənişi həyata
keçirilib.
Azərbaycanda neft və qaz
hasilatı ahəngdar
davam edir. Prezident İlham
Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə
cari ilin 6 ayında bu sektorda qazanılan uğurların təqdirəlayiq
olduğu vurğulanıb.
Belə ki, birinci yarımillikdə
AÇG platformalarından ümumilikdə
98 milyon bareldən çox, yəni 13 milyon ton neft hasil olunub. Gündəlik orta hasilat 542 min 400 barel təşkil edib. Yarım il ərzində
BTC kəməri vasitəsilə
16 milyon ton xam neft ixrac olunub
və bu neft Ceyhanda 149 tankerə yüklənib. Sözügedən dövrdə
"Şahdəniz Alfa” və
"Şahdəniz Bravo” platformalarından
ümumilikdə 8,4 milyard standart kubmetr qaz və
14,4 milyon barel kondensat hasil edilib.
Bütün bunlardan əlavə, Azərbaycan neftçiləri
qurudakı və dənizdəki köhnə
yataqlardan da neft və qaz
çıxarırlar. Hasilatın sabit
saxlanılması və
artırılması üçün
çoxsaylı tədbirlər
həyata keçirilir.
Keçən il dekabrın 24-də
"Bulla-dəniz” yatağında
istismara verilmiş yeni stasionar özül buna aydın misaldır. Daha onlarca belə misal göstərmək olar. Yəni ölkədə həyata keçirilən
meqalayihələrlə paralel
olaraq daxili istehsalın vacibliyi də diqqət mərkəzindədir.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti
neftdən və qazdan əldə olunan gəlirləri qeyri-neft sektorunun şaxələndirilməsinə, insan kapitalının inkişafına yönəldir. Bu gəlirlər eləcə
də böyük nəqliyyat layihələrinin
gerçəkləşməsinə imkan yaradıb. Nəticədə Azərbaycan təkcə
regionun deyil, bütün Avrasiya məkanının nəqliyyat
mərkəzinə çevrilib.
Bütün bunlara görə
də dövlət iqtisadiyyatın çoxşaxəli
inkişafını qarşıya
prioritet kimi qoyub, həm neft və qaz
sənayesində, həm
də digər sahələrdə görülən
işlərin daim gündəmdə qaldığını
bəyan edib.
Flora SADIQLI
Azərbaycan.- 2019.-21 avqust.- S.1; 5.