“Çernobıl qəzasının
ləğvində iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların statusu və sosial
müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları
haqqında”, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək
pensiyaları haqqında”, “Təhsil haqqında”,
“Daşınar əmlakın yüklülüyü
haqqında”, “İşsizlikdən sığorta haqqında” və
“Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 16-cı bəndlərini
rəhbər tutaraq,
"Məşğulluq haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə
qərara alır:
1. "Çernobıl
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə
685; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 6, maddə 451; 1999, ¹ 5, maddə 293; 2001, ¹ 12, maddələr
731, 736; 2004, ¹ 7, maddə 507; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə
561, ¹ 11, maddə 1078; 2008, ¹ 7, maddə 602; 2019, ¹ 3, maddə
379; Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli
1552-VQD nömrəli Qanunu)
9-cu maddəsinin birinci
hissəsinin 1-ci bəndinin
ikinci cümləsində
"Əhalinin məşğulluğu
haqqında” Qanunda” sözləri "Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının Qanununda”
sözləri ilə əvəz edilsin.
2. "Həmkarlar
ittifaqları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 17, maddə
235; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 3, maddə 226, ¹ 5, maddə
379; 2001, ¹ 11, maddələr 676, 683; 2004, ¹
6, maddə 397; 2005, ¹ 1, maddə
5, ¹ 8, maddə 684; 2006, ¹ 11, maddə 922; 2007, ¹ 5, maddə
437, ¹ 11, maddə 1049; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə
672; 2013, ¹ 1, maddə 17; 2014, ¹ 10, maddə 1172; 2018, ¹ 1, maddə
6, ¹ 6, maddə 1159; Azərbaycan
Respublikasının 2019-cu il
29 mart tarixli 1552-VQD nömrəli
Qanunu) 11-ci maddəsində
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. birinci hissədə "dövlət
məşğulluq siyasətinin
hazırlanmasında iştirak
edirlər” sözləri
"Məşğulluq haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq məşğulluğa
kömək göstərilməsi
tədbirlərinin həyata
keçirilməsində iştirak
edirlər” sözləri
ilə əvəz edilsin;
2.2. ikinci
və üçüncü
hissələr aşağıdakı
redaksiyada verilsin:
"İşəgötürənin
təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin
təkmilləşdirilməsi, müəssisənin ləğv
edilməsi, işçilərin
sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin
sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
nəzərdə tutulan
hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin
hüquqlarının və
mənafelərinin gözlənilməsi
barədə onlarla danışıqlar aparılmaqla
həyata keçirilir.
Həmkarlar ittifaqları "Məşğulluq
haqqında” Azərbaycan
Respublikası Qanununun
35-ci maddəsinə uyğun
olaraq məşğulluq
sahəsində nəzarətin
həyata keçirilməsində
iştirak edirlər.”.
3. "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
477; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddələr 731, 736; 2002, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə
561, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 4, maddə
275; 2013, ¹ 5, maddə 477; 2016, ¹ 11, maddə 1765; 2018, ¹ 5, maddə
872, ¹ 12 (I kitab), maddə
2505) 8-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. ikinci
hissədə "xüsusi”
sözü "əlavə”
sözü ilə əvəz edilsin;
3.2. altıncı
hissə üzrə:
3.2.1. ikinci
cümlə aşağıdakı
redaksiyada verilsin:
"Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin məşğulluğunun təmin
edilməsi "Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.”;
3.2.2. üçüncü
cümlə çıxarılsın.
4. "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (I kitab), maddə
580; 2002, ¹ 10, maddə 586; 2005, ¹ 5, maddə 391, ¹ 6, maddə
464; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 12, maddə
1005; 2007, ¹ 8, maddə 745; 2013, ¹ 11, maddə 1314; 2014, ¹ 12, maddə
1524; 2015, ¹ 2, maddə 78, ¹ 11, maddə 1297; 2017, ¹ 12 (I kitab),
maddə 2191; 2019, ¹ 2, maddə
180; Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli
1552-VQD nömrəli və
3 may tarixli 1585-VQD nömrəli
qanunları) 17.2.4-cü maddəsində
"statusu almış”
sözləri "kimi
qeydiyyata alınmış”
sözləri ilə əvəz edilsin.
5. "Gənclər
siyasəti haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
231; 2007, ¹ 8, maddə 746; 2010, ¹ 3, maddə 171; 2019, ¹ 4, maddə
582) 8.1-ci maddəsinin ikinci
cümləsi 2-ci hissə
hesab edilsin.
6. "Əmək
pensiyaları haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə
254, ¹ 6, maddə 464, ¹ 7, maddə
602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr
877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə
465, ¹ 7, maddə 597, ¹ 12, maddə
1109; 2012, ¹ 11, maddələr 1037, 1044;
2013, ¹ 3, maddə 223, ¹ 5, maddə
485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə
676, ¹ 7, maddə 1289, ¹ 10, maddə
1776, ¹ 12 (I kitab), maddə
2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; 2019, ¹
2, maddə 205, ¹ 3, maddə
380; Azərbaycan Respublikasının
2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD
nömrəli qanunları)
21.2.5-ci maddəsindən "yenidən” sözü və "və ya təhsil aldığı” sözləri
çıxarılsın.
7. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə
3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə
1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300; ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli
1553-VQD nömrəli Qanunu)
20.2-ci maddəsində "əmək birjalarının,
məşğulluq idarələrinin”
sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
8. "Daşınar
əmlakın yüklülüyü
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 5, maddə 753; 2018, ¹ 12 (I kitab), maddə 2519; 2019, ¹
1, maddə 25) aşağıdakı
məzmunda 4.2.3-1-ci maddə
əlavə edilsin:
"4.2.3-1. "Məşğulluq haqqında”
Azərbaycan Respublikası
Qanununun 24.1.4-cü maddəsinə
uyğun olaraq, seçilmiş özünüməşğulluq
istiqamətinin təşkili
üçün işsiz
şəxslərə natura
şəklində verilmiş
material, avadanlıq və
digər əmlakın
siyahıya alınması;”.
9. "İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 8, maddə
1514; 2018, ¹ 12 (I kitab), maddə
2503; 2019, ¹ 3, maddə 381) aşağıdakı
dəyişikliklər edilsin:
9.1. 2.0.12-ci, 5.1.5-ci, 17.8-ci və 19.0.2.8-ci maddələrdə
ismin müvafiq hallarında "aktiv tədbirlər” sözləri
ismin müvafiq hallarında "aktiv məşğulluq tədbirləri”
sözləri ilə əvəz edilsin;
9.2. 3-cü maddəyə
"Konstitusiyası,” sözündən
sonra "Məşğulluq
haqqında” Azərbaycan
Respublikasının Qanunu,”
sözləri əlavə
edilsin;
9.3. 5.1.6-cı və
19.0.3-cü maddələrdə "nəqliyyatı” sözü
"xərcləri” sözü
ilə əvəz edilsin;
9.4. 18-ci maddə
üzrə:
9.4.1. 18.0.1-ci və
18.0.5-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
"18.0.1. "Məşğulluq
haqqında” Azərbaycan
Respublikası Qanununun
4-cü maddəsinə əsasən
məşğul şəxs
hesab edildikdə;”;
"18.0.5. sığorta
ödənişini alan
şəxs ona təklif olunan münasib işlərdən
imtina etdikdə, 1 (bir) il müddətində;”;
9.4.2. 18.0.9-cu maddəyə
"müəssisəsinə” sözündən sonra
"əyani” sözü
əlavə edilsin;
9.4.3. 18.0.10-cu maddəyə
"çağırıldıqda” sözündən sonra
", həmin müddətdə”
sözləri əlavə
edilsin;
9.4.4. 18.0.11-ci maddəyə
"olduqda” sözündən
sonra ", həmin müddətdə” sözləri
əlavə edilsin;
9.4.5. 18.0.14-cü maddəyə
"sənədlərdə” sözündən sonra
"və məlumatlarda”
sözləri əlavə
edilsin və həmin maddədə
"qanuna uyğun” sözləri "düzgün”
sözü ilə əvəz edilsin;
9.4.6. 18.0.15-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
18.0.16-cı maddə əlavə
edilsin:
"18.0.16. sığorta
ödənişini alan
şəxs tərəfindən
işsiz kimi qeydiyyatdan çıxarılma
barədə ərizə
təqdim edildikdə.”;
9.5. 19.0.2-ci maddədə
"kimi qeydiyyata alınmış və işsiz statusu almış” sözləri
"və işsiz kimi qeydiyyata alınmış” sözləri
ilə və "aktiv tədbirlər” sözləri "aktiv məşğulluq tədbirləri”
sözləri ilə əvəz edilsin;
9.6. 19.0.2.1-ci maddədə
"hazırlığı və əlavə təhsilin” sözləri
"hazırlığının” sözü ilə əvəz edilsin;
9.7. 19.0.2.6-cı maddə
aşağıdakı redaksiyada
verilsin:
"19.0.2.6. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
olunmuş qaydada sosial iş yerlərində işçilərin
əməkhaqqının bir
hissəsinin müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi;”;
9.8. 19.0.2.7-ci maddədə
"vətəndaşların” sözü "şəxslərin”
sözü ilə,
"əlavə iş
yerlərinin və ixtisaslaşdırılmış” sözləri "kvotadan əlavə iş yerlərinin və sosial” sözləri ilə əvəz edilsin;
9.9. 19.0.6-cı maddədə "Aktiv tədbirlər” sözləri "Aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin.
10. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1386; 2019, ¹ 3, maddə 381; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanunu) 20.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
"20.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran və (və ya) işsiz kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı həmin orqanın göndərişi əsasında bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq olunmuş Fərdi Reabilitasiya Proqramına və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 iyul
2019-cu il
Azərbaycan.- 2019.-22 avqust.- S.2.