“Çernobıl qəzasının
ləğvində iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların statusu və sosial
müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları
haqqında”, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək
pensiyaları haqqında”, “Təhsil haqqında”,
“Daşınar əmlakın yüklülüyü
haqqında”, “İşsizlikdən sığorta haqqında” və
“Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il
12 iyul tarixli 1661-VQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Çernobıl
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında”,
"Həmkarlar ittifaqları
haqqında”, "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,
"Dövlət əmlakının
özəlləşdirilməsi haqqında”, "Gənclər
siyasəti haqqında”,
"Əmək pensiyaları
haqqında”, "Təhsil
haqqında”, "Daşınar
əmlakın yüklülüyü
haqqında”, "İşsizlikdən
sığorta haqqında”
və "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Çernobıl
qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş
vətəndaşların statusu
və sosial müdafiəsi haqqında”,
"Həmkarlar ittifaqları
haqqında”, "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,
"Dövlət əmlakının
özəlləşdirilməsi haqqında”, "Gənclər
siyasəti haqqında”,
"Əmək pensiyaları
haqqında”, "Təhsil
haqqında”, "Daşınar
əmlakın yüklülüyü
haqqında”, "İşsizlikdən
sığorta haqqında”
və "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Təhsil
haqqında” Azərbaycan
Respublikası Qanununun
20.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin
Qanunun 20.2-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
2.3. "İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikası
Qanununun 19.0.2.6-cı maddəsində
(hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.4. həmin
Qanunun 19.0.2.6-cı maddəsində
(birinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
2.5. həmin
Qanunun 19.0.2.6-cı maddəsində
(ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
2.6. "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun 20.3-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.7. həmin
Qanunun 20.3-cü maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar
ittifaqları haqqında”,
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında”, "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında”, "Gənclər
siyasəti haqqında”,
"Əmək pensiyaları
haqqında”, "Təhsil
haqqında”, "Daşınar
əmlakın yüklülüyü
haqqında”, "İşsizlikdən
sığorta haqqında”
və "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 avqust
2019-cu il
Azərbaycan.- 2019.-22 avqust.- S.2.