Azərbaycana gələn turistlərin sayında 7,4 faiz artım var

 

Dövlət Statistika Komitəsi ölkənin turizm sektoru barədə son göstəriciləri açıqlayıb. Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycana 187 ölkədən 1 milyon 777,4 min ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna Hindistan, 1,5 faiz olmaqla Türkmənistan İraq, 1,4 faiz olmaqla Qazaxıstan, İsrail Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.

Ölkəmizə bu dövrdə gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınmışdır. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı da 26,3 faiz artaraq 83,2 min, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfərə çatmışdır.

7 ay ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3 milyon 115,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8, Gürcüstana gedənlərin sayı 12,4, Rusiya Federasiyasına gedənlərin sayı 7,7, Türkiyəyə gedənlərin sayı 3,7 faiz artmışdır.

 

Azərbaycan.- 2019.-22 avqust.- S.4.