Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583; 2001, ¹ 7, maddə
454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12 (I kitab), maddə
671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə
1081; 2006, ¹ 12, maddələr 1005, 1026;
2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə
960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə
652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr
973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr
1752, 1792, 1793, ¹ 12, maddələr 2001,
2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə
1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7 (I kitab), maddələr
1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr 2186, 2210, ¹ 12 (I kitab),
maddələr 2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə
590; Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli
1551-VQD nömrəli, 9 aprel
tarixli 1559-VQD və
1562-VQD nömrəli, 3 may tarixli
1575-VQD və 1584-VQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 22-1.1-ci maddədə
"50 faizi” sözləri
"müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən hissəsi” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı
məzmunda 22-1.3-cü maddə
əlavə edilsin:
"22-1.3. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) bu Qanunun
22-1.1-ci maddəsində nəzərdə
tutulan mənbələr
hesabına gəlirlərinin
faktiki daxilolmalarının
məbləği büdcə
sistemi haqqında qanunvericilikdə nəzərdə
tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin
məbləğindən az
olduqda, bu fərq hər il üçün Azərbaycan Respublikasının
dövlət büdcəsi
haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri
üzrə vergi orqanlarının xətti
ilə dövlət büdcəsinə nəzərdə
tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən
vergiödəyiciləri (podratçılar),
"Avtomobil Yolları”
Məqsədli Büdcə
Fondunun mədaxil mənbələri üzrə
daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən təsdiq
edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə
nəzərdə tutulan
daxilolmalardan büdcə
ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında
saxlanılan və istifadəsinə verilən
hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) hesabına köçürülür.”.
1.3. 102.1.14.15-ci maddəyə
"hərbi qulluqçulara”
sözlərindən sonra
", hakimlərə” sözü
əlavə edilsin;
1.4. 102.1.17-ci maddədən
"və hakimlərə”
sözləri çıxarılsın.
Maddə 2. Qanunun qüvvəyə minməsi
2.1. Bu Qanunun
1.1-ci və 1.2-ci maddələri
2019-cu il yanvarın 1-dən tətbiq
edilir.
2.2. Bu Qanunun
1.3-cü və 1.4-cü maddələri
2019-cu il sentyabrın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 iyul 2019-cu il
Azərbaycan.- 2019.-23 avqust.-
S.3.