Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (I kitab),
maddə 202, ¹ 3, maddələr
397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654,
¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr
1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹
12, maddələr 1984, 2000, 2009, 2024, 2049;
2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr
139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344,
¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6,
maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə
19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə
646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883,
¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab), maddələr 1435,
1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1 (I kitab), maddələr 4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374, 389; ¹ 4, maddələr
579, 581, 587, 595; Azərbaycan Respublikasının 2019-cu il
29 mart tarixli 1534-VQD nömrəli,
9 aprel tarixli 1558-VQD,
1561-VQD, 1562-VQD nömrəli, 3 may tarixli 1577-VQD, 1583-VQD nömrəli,
17 may tarixli 1595-VQD nömrəli,
13 iyun tarixli 1609-VQD nömrəli və 27 iyun tarixli 1627-VQD nömrəli qanunları)
471-ci maddəsi aşağıdakı
redaksiyada verilsin:
"Maddə
471. Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma) haqların ödənilməməsi
Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta
bazarının peşəkar
iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları,
qiymətli kağızlar
bazarında fəaliyyəti
lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı,
investisiya fondları və onların idarəçiləri tərəfindən
qanuna uyğun olaraq müəyyən edilən məbləğdə
və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) ödənilməməsinə
görə -
vəzifəli şəxslər
min manat məbləğində,
hüquqi şəxslər
üç min manat məbləğində cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 iyul 2019-cu il
Azərbaycan.- 2019.-23 avqust.- S.3.