“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 9 iyul tarixli 1636-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 9 iyul tarixli 1636-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (II kitab), maddə
259, ¹ 3, maddə 460, ¹ 4, maddə
670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə
1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2,
maddələr 176, 202, ¹ 3, maddə
351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697,
¹ 9, maddə 1840, ¹ 11, maddələr
2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 14 iyun tarixli 743 nömrəli və 25 iyun tarixli 755 nömrəli fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4.1-ci bənddə
"463, 471” rəqəmləri
"463-cü maddələrində, 471-ci
maddəsinin adında
və mətnində”
sözləri ilə əvəz edilsin;
3.2. 4.1-1-ci bənddən
"471,” rəqəmləri çıxarılsın;
3.3. 4.1-1-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
4.1-2-ci bənd əlavə
edilsin:
"4.1-2. həmin
Məcəllənin 471-ci maddəsinin
adında və mətnində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatası
nəzərdə tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 avqust 2019-cu il
Azərbaycan.- 2019.-23 avqust.-
S.3.