Səngəçal terminalı

 

Regionun neft-qaz ixracı mərkəzi Bakıdan 55 kilometr cənubda yerləşir

 

Dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalda, Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşir. Səngəçal terminalı regionun neft-qaz ixracı mərkəzi kimi mühüm əhəmiyyət daşıyır.

Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetr mavi yanacaqdır. "Azəri-Çıraq-Günəşli”nin səmt qazı da daxil olmaqla, ümumi qaz emalı və ixracı gücü isə gündəlik təqribən 100 milyon standart kubmetrdir. Neft Səngəçaldan əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) marşrutları vasitəsilə nəql edilir. Qaz isə Cənubi Qafqaz Boru Kəməri (CQBK), CQBK-nın genişləndirilmiş sistemi ilə və terminalın qaz emalı obyektlərini "Azəriqaz”ın qazpaylama sistemləri ilə birləşdirən, SOCAR-a məxsus kəmərlə ixrac olunur.

Səngəçal terminalı "Əsrin müqaviləsi” imzalandıqdan sonra İlkin Neft Layihəsi (İNL) çərçivəsində inşa edildi. Obyekt yalnız "Çıraq” neftini ixrac etmək gücündə layihələndirilmişdi. Odur ki, növbəti yataqlardan gözlənilən yüksək hasilat terminalın genişləndirilməsi zərurətini meydana çıxardı.

Genişləndirmə işlərinə 2002-ci il fevralın 20-də start verildi. Soyuq bir gün idi. Yarımsəhra zonada yerləşdiyindən Səngəçalın şaxtası-sazağı daha sərt olur. Ona görə də təməlqoyma mərasimini keçirmək üçün çölün düzündə çadır qurmuşdular. Buraya əməliyyatçı şirkətin və tərəfdaşlarının, podratçıların, medianın nümayəndələri toplaşmışdı.

İndi cəsarətlə demək olar ki, bu, neft-qaz sənayemizin, ümumiyyətlə, Azərbaycanın tarixində əlamətdar bir gün idi.

Doğrusu, o zaman təsəvvürə gətirmək belə çətin idi ki, cəmi bir neçə ildən sonra bu küləkli-çovğunlu, palçıqlı-qumlu ərazi dünyanın ən böyük terminallarından birinin ünvanına çevriləcək.

Həmin gün hamının gözü qarşısında Səngəçalda torpağa basdırılan "Zaman kapsulunda gələcək nəsillərə ünvanlanmış, inam və qətiyyət dolu bu sözlər yazılmışdı: "İndi başladığımız bu layihə Azərbaycanın Şərq-Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir... Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal neftin və qazın nəqli üzrə bir neçə nəhəng boru kəmərini birləşdirən, enerji daşıyıcılarının nəqli sisteminin dünya miqyaslı regional mərkəzi və Xəzərlə dünya bazarı arasında körpü olan bir obyektə çevriləcək”.

Hazırkı möhtəşəm terminal 17-18 il əvvəl İNL terminalının yaxınlığında ucalmağa başladı. 2002-ci ilin iyul ayında terminalın genişləndirilməsi layihəsinin bir hissəsi olan İlkin Mülki Tikinti İşləri tamamlandı. Sonra əsas tikinti işlərinə start verildi. BTC-nin tikintisinə və "Şahdəniz” yatağının işlənməsi layihələrinə qərar veriləndən sonra obyektdə aparılan böyükmiyqaslı işlər Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) adını aldı.

 

"Azəri” yatağından ilkin neftin qəbulu üçün lazım olan işlərin yarısı 2003-cü ilin ortalarına qədər artıq görülmüşdü. Sahədə işlər getdikcə şaxələnirdi. AÇG-nin birinci fazası ("Mərkəzi Azəri”) və ikinci fazası ("Qərbi Azəri” və "Şərqi Azəri”) üçün qurğular tikilirdi.

BTC-nin baş nasos stansiyasında, neft borularının çəkilişində, digər tikinti sahələrində işlər davam edirdi. 2003-cü ilin oktyabrında "Şahdəniz " hissəsinin də inşasına başlandı.

2005-ci ilin sonlarında "Şahdəniz” qazı üçün iri texnoloji emal obyektinin inşası sona yaxınlaşmaqda idi. "Şahdəniz” qurğularının bir hissəsini də kompressor stansiyasının tikintisi təşkil edirdi. Qazın Azərbaycana, Gürcüstana və Türkiyəyə ötürülməsi üçün istifadə ediləcək bu stansiya CQBK layihəsinin tərkib hissəsi idi. Obyektlər 2006-cı ilin ortalarında hazır olmaq üçün qrafikə uyğun inşa edilirdi.

2007-ci il terminalın genişləndirilməsinin axırıncı ili idi. Mayın sonunda "Dərinsulu Günəşlihissəsinin tikinti işlərinin mexaniki başa çatmasına nail olundu. Oktyabrda burada 5-ci 6-cı texnoloji xətlər istismara verildi. Bununla da STGP uğurla sona çatdı.

STGP-ni podratçı olaraq "Azfen-TekfenAzərbaycan-Türkiyə alyansı həyata keçirdi. Bu hüququ alyans yüksək rəqabətli tenderdə qalib gələrək qazanmışdı. Səngəçalda yalnız BTC-nin baş nasos stansiyasını "Spi Kapaq-Petrofak” (Fransa-ABŞ) birgə müəssisəsi tikib. Bunlardan əlavə, terminalın araya-ərsəyə gəlməsində neçə-neçə yerli subpodratçı şirkət, təchizat xidmət müəssisəsi iştirak edib.

Terminalı beynəlmiləl işçi qrupu tikib. Bununla belə, onun inşaatçılarının 70-80 faizini Azərbaycan vətəndaşları təşkil edirdi. Bunlar əsasən Bakının Qaradağ rayonunun terminalətrafı yaşayış məntəqələrinin, o cümlədən qaçqın məcburi köçkünlər üçün salınmış "Ümidqəsəbəsinin sakinləri idi.

Tikintinin ən qızğın çağında işlərin həcmindən asılı olaraq burada 3500-4000, bəzən daha çox insan çalışırdı. İşə götürülən vətəndaşlar əvvəlcədən peşə təlimi keçir, layihənin əməliyyatçısı olan BP-nin SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) qaydalarını əxz edirdi.

Hazırda Səngəçal terminalı AÇG-nin neftini texnoloji emal edən avadanlıqları, BTC-nin baş nasos stansiyasını, CQBK-nın kəmərin genişləndirilmiş sistemini, "Şahdənizqurğularını özündə birləşdirən nəhəng bir obyektdir. Bir neçə ixrac kəmərinin öz başlanğıcını məhz Səngəçaldan götürməsi buradakı terminalın dünyanın ən böyük terminallarından biri olduğunu bir daha təsdiqləyir.

Ötən illər ərzində Səngəçal terminalı xalqımızın tarixində özünə mühüm yer tutan bir çox hadisələrin, əlamətdar günlərin şahidi olub.

2002-ci il sentyabrın 18-də burada üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC-nin təməli qoyuldu. Ulu Öndər Heydər Əliyev təməlqoyma mərasimində həmişə olduğu kimi, dərin məzmunlu nitq söylədi, nikbinliklə "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!” dedi.

Zaman Ulu Öndərin uzaqgörənliklə dediklərini sübuta yetirdi. 2005-ci ilin fevral ayında "Azəriyatağının mərkəzi hissəsindən neft hasil olundu. Sualtı kəmərlər bu nefti mart ayında Səngəçala çatdırdı. Mayın 25-də isə terminalda böyük təntənə oldu. BTC- ilk neftin vurulmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın, Türkiyənin Qazaxıstanın dövlət başçıları da iştirak etdilər.

Həmin tədbirdə Prezident İlham Əliyev demişdir: "Bütün bu işləri görmək üçün, əlbəttə ki, möhkəm iradə lazım idi, müdriklik lazım idi. İqtisadi siyasi islahatlar aparmaq lazım idi. Amma onu da bilirik ki, həlledici rolu neft amili, "Əsrin müqaviləsi”nin imzalanması oynamışdır. Həmin müqavilə, ondan sonrakı dövr ərzində görülən işlər Azərbaycanın inkişafına böyük təkan vermişdir biz bunu bu gün hiss edirik”.

STGP çərçivəsində Qaradağ rayonunda geniş sosial sərmayə proqramı da həyata keçirildi. BP-nin tərəfdaş şirkətlərlə birlikdə həyata keçirdiyi bu qəbildən olan tədbirlərdən bir neçəsinin adını çəkmək kifayətdir. Məsələn, Lökbatanda doğum evi yenidən quruldu. Səngəçaldakı 222 nömrəli orta məktəbdə yeni idman kompleksi inşa edildi. "Ümidqəsəbəsində İcma İnkişafı Mərkəzi (onu qəsəbədə "Xeyir-şər evi adlandırırlar) istifadəyə verildi. Daha bir layihənin icrası "Ümid”, eləcə Səngəçal əhalisi üçün kanalizasiya sisteminin modernləşdirilməsini mümkün etdi s.

Səngəçalda aparılan inşaat işləri böyük miqyaslı olduğundan əvvəlcədən ƏMSSTQ (Ətraf Mühitə Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədləri hazırlanmışdı. Belə ki, tikinti işləri zamanı bir sıra yerli qlobal əhəmiyyətli canlı növləri təsirə məruz qala bilərdi. "Qırmızı Kitab”a düşmüş Aralıq dənizi tısbağaları xüsusilə həssas idi. Ona görə bu canlılar qış yuxusunda ikən ayrı-ayrı qutulara yığıldı. Nəticədə terminalın ərazisində qeyri-adi bir ferma - Tısbağa ferması yaradıldı. Beləliklə, bu canlılar təhlükədən qorundu, böyüdü, artdı. Fürsətdən istifadə edərək tısbağalara alimlər, mütəxəssislər baş çəkdilər. Onları müşahidə edərək əlavə bilgilər qazandılar. Məktəblilər ekskursiyalara gələrək maraq dünyalarını zənginləşdirdilər.

Həmin vaxtdan Səngəçal terminalı xeyli genişlənib. Son illərdə bu obyekt "Şahdəniz-2” qazını qəbul etmək ötürmək üçün tikilmiş bir çox yeni qurğular sayəsində daha da böyüyüb.

2014-cü il sentyabrın 20-də burada "Cənub qaz dəhlizi”nin təməli qoyulub. 2018-ci il mayın 29-da terminal bu nəhəng layihənin rəsmi açılış mərasiminə evsahibliyi edib.

Azərbaycan neftinin qazının Səngəçaldan başlanan yolları yeni-yeni ünvanlaradək uzanır. Mübaliğəsiz demək olar ki, bu möhtəşəm terminal Azərbaycanın yüksək zirvəyə çatmış iqtisadiyyatının rəmzlərindən birinə çevrilib.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-24 avqust.- S.1; 4.