Sənaye məhəllələri yerli
sahibkarlara geniş imkan yaradır
Sənayeni inkişaf etdirmək məqsədilə ölkədə yüzlərlə kiçik, orta və iri müəssisə yaradılıb. Bununla yanaşı, nəhəng sənaye istehsalı sahələri olan texnoparklar da fəaliyyət göstərir. Texnoparklar həm ərazisinə, həm də burada yerləşən müəssisələrin sayına və istehsal etdiyi məhsulların növünə görə sənaye nəhəngidir. Digər sənaye birlikləri - sənaye məhəllələri texnoparklardan fərqli olaraq kiçik və yığcamdır. Burada əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Lakin texnoparklardakı kimi, sənaye məhəllələrində də yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur.
Həmin məhəllələrin bir üstün cəhəti də bölgələrdə yerləşməsidir. Bu, yerli sahibkarlara az məbləğdə investisiya qoymaqla dövlətin verdiyi güzəştlərdən istifadə etmək imkanı yaradır. Çünki ölkənin iri şəhərlərində fəaliyyət göstərən sahibkarlarla yanaşı, bölgələrdə çalışan sahibkarlar da dövlətin yaratdığı bu imkanlardan istifadə etmək istəyirlər. Rayonlarda yaradılan sənaye məhəllələri onlara belə imkan verir.
Beləliklə, regionlarda yaradılan 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyətə başlaması sayəsində həmin müəssisələrdə 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlığı xarici bazara göndərilib. Onu da vurğulayaq ki, sənaye məhəllələrinə kapital qoyuluşunda xarici sahibkarlarla yanaşı, yerli sahibkarlar da fəallıq göstərirlər.
İnvestisiya təşviqi sayəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bugünədək 400-ə yaxın layihə təşviq olunub və bunun sayəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Nəticədə 16 mindən çox yeni iş yerinin açılması mümkün olub.
Aparılan islahatlar sayəsində ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi genişlənib.
Bu məqsədlə yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və sənaye məhəllələri yaradılıb. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var.
Sənaye məhəllələrinin istehsal sahələri həcmcə kiçik olsa da, istehsal etdiyi məhsul növünə görə çoxşaxəlidir. Sənaye məhəllələrinin bir üstünlüyü də odur ki, ölkənin bütün şəhər və rayonlarında belə müəssisələr yaratmaq mümkündür və yaradılır da. Çünki bir çox müəssisələrin xammalı həmin bölgələrdə yerləşir. Kiçik sahələri əhatə etdiyi üçün onun quraşdırılmasının xərci də azdır. Belə müəssisələr onlara kiçik və orta sahibkarların sərmayə qoymaq imkanına malik olduqları üçün də sərfəlidir. Bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədi hər bir rayonda sənaye məhəllələrinin yaradılmasıdır.
Neftçala
Sənaye Məhəlləsi bu sahədə
birincidir. Burada hətta "Xəzər”
avtomobilləri istehsal
olunur. Artıq həmin avtomobillər
satışa buraxılıb.
Gələcəkdə müəssisədə ildə 10 min avtomobilin istehsalı nəzərdə
tutulub.
Bundan başqa, burada "Kəhf” MMC fəaliyyət
göstərir. Müəssisənin illik istehsal
gücü 25 ton balıq
yemi istehsal etməkdir. Gələcəkdə müəssisədə mal-qara, eləcə də digər yemlərin istehsalı nəzərdə tutulur.
Müəssisənin yaradılması üçün 12 milyon manat investisiya qoyulub. Qeyd edək ki, Sahibkarlığa
Kömək Milli Fondu da müəssisəyə
5,9 milyon manat güzəştli kredit verib.
Neftçala Sənaye Məhəlləsində
daha bir müəssisə fəaliyyət
göstərir. İllik istehsal gücü 2 milyon tara olan
"Metak” MMC-yə 1,35 milyon manat
investisiya yatırılıb.
Həmin müəssisəyə də
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 600 min manat
güzəştli kredit
verilib.
"Gilan
PİVOT” MMC-nin investisiya
dəyəri isə 1
milyon manatdır. İllik istehsal
gücü 60-80 suvarma
sistemləri olan müəssisədə 15 nəfər
işlə təmin edilib. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində
"Toğrul-2008”, "Providence Limited”, "Azproduct”,
"Petroqeoaz” MMC-lər
fəaliyyət göstərir.
Hacıqabul Sənaye Məhəlləsi
də istifadəyə
verilmək ərəfəsindədir. Tikinti işlərinə
200 nəfər cəlb
edilib. Sabirabad Sənaye Məhəlləsi
isə 20 hektar ərazidə yaradılır.
Artıq
burada tikinti işlərinə başlanılıb.
İnşaat işləri ilə
200 nəfər məşğul
olur.
Masallı Sənaye
Məhəlləsi Prezident
İlham Əliyevin
2016-cı il iyunun 13-də imzaladığı
sərəncamla yaradılıb.
Ümumi
sahəsi 10 hektar olan məhəllədə
tikinti işlərinə
2017-ci ilin iyulunda başlanmışdı. Sənaye
məhəlləsində dövlət
vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici
qurğu qurulub, su və kanalizasiya
sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb. Eləcə də yüksək
standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli
inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə
burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək,
taxta emalı və məmulatları istehsal olunur. Ümumiyyətlə, bu sənaye
məhəlləsində sahibkarlıq
subyektləri tərəfindən
5 milyon 230 min manat dəyərində 10 layihə
təqdim edilib. Artıq reallaşdırılan
bu layihələr çərçivəsində 200 yeni iş yeri
açılıb.
Rüstəm KAMAL
Azərbaycan.- 2019.-25 avqust.- S.1; 4.