Bələdçilər üçün təlim keçirilib

 

Şəmkir rayonunda Azərbaycan Turizm Bürosunun, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və "Regional İnkişafİctimai Birliyinin təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Gəncə-Qazax iqtisadi rayonunda tematik marşrutlar üzrə turizm bələdçilərinin hazırlığı” mövzusunda turizm bələdçiləri üçün təlim keçirilib. Təlimlərdə 30 nəfər iştirak edib.

İştirakçılar üçün şərabçılıq turizmi, təbiət turizmi, gəzinti və məkan turu kimi praktiki hissə də təşkil olunubkreativ ideyaların aşılanması məqsədilə tematik marşrutların tərtibatı istiqamətində dərslər keçirilib.

Təlim proqramı çərçivəsində iştirakçılar "Alman irsi mədəniyyət evini ziyarət ediblər.

Təlimdə uğur qazananlara Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının "Regional turizm bələdçisi” şəhadətnaməsi təqdim edilib.

 

Saleh MƏMMƏDOV,

Şəmkir rayonu

 

Azərbaycan.- 2019.-25 avqust.- S.5.