Açıq səma altında muzey

 

Açıq səma altında yerləşən bu bənzərsiz muzeylər 11 ildir Bakının sakinlərini, yaxından-uzaqdan gələn qonaqlarını valeh edir.

Bura Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi adlanır. Heydər Əliyev Fondu tərəfindən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki abidələrin mühafizə olunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədilə yaradılıb.

2011-ci ildə isə kompleksin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılıb.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi çoxsaylı qonaqları olan bir məkandır. Buraya Azərbaycanın müxtəlif bölgələrindən, Bakıdan və ətraf qəsəbələrdən dəstə-dəstə insanlar, eləcə də xarici turistlər gəlir.

Kompleksin ərazisində məktəbliləri də tez-tez görmək olur. Onlar buradakı muzeylərə maraqla tamaşa edirlər. Belə səfərlər şagirdlər üçün əyani tarix dərsinə çevrilir.

 

Azərbaycan.- 2019.-25 avqust.- S.5.