Azərbaycan Respublikasının Mənzil Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Mənzil Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 8, maddə 612; 2011, ¹ 12, maddə 1108; 2012, ¹ 6, maddə
501; 2017, ¹ 5, maddə 732, ¹ 7, maddə 1298, ¹ 11, maddə
2190; 2019, ¹ 1, maddə 14, ¹ 3, maddə 368; Azərbaycan Respublikasının 2019-cu il
3 may tarixli 1584-VQD nömrəli
Qanunu) aşağıdakı
məzmunda 146.4-cü maddə
əlavə edilsin:
"146.4. Dövlət
mənzil fondunun bu Məcəllənin
146.1-ci maddəsinə aid edilməyən
yaşayış sahələrinin
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
hallarda özəlləşdirilməsinə
yol verilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 iyul 2019-cu il
Azərbaycan.- 2019.-27 avqust.- S.5.