“Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 9 iyul tarixli 1642-VQD nömrəli Qanununun
tətbiqi və “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 9 iyul tarixli 1642-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bələdiyyələrin statusu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27
iyul tarixli 162 nömrəli Fərmanında
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 3-cü hissə
(birinci halda) üzrə:
3.1.1. ikinci-beşinci
abzaslar müvafiq olaraq 3.1-ci, 3.2-ci, 3.3-cü və
3.6-cı bəndlər hesab
edilsin;
3.1.2. 3.3-cü bəndə
"3-cü bəndində” sözlərindən sonra
", 49-1-ci maddəsində” sözləri əlavə
edilsin;
3.1.3. aşağıdakı
məzmunda
3.4-cü və
3.5-ci bəndlər əlavə
edilsin:
"3.4. "Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası
Qanununun 10-1-ci maddəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
həyata keçirir;
3.5. "Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası
Qanununun 10-1-ci maddəsinin
ikinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi (təcrübə
mübadiləsi ediləcək
müvafiq xarici dövlətlərlə, yerli
özünüidarəetmə orqanlarının assosiasiyaları
və ixtisaslaşdırılmış
təşkilatları ilə
bağlı Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
rəyi nəzərə
alınmaqla) həyata
keçirir;”;
3.2. 3-cü hissə
(ikinci halda) dördüncü hissə
hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 avqust 2019-cu il
Azərbaycan.- 2019.-27 avqust.-
S.5.