“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Dövlət rüsumu
haqqında” və
"Təhsil haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 27 iyun tarixli 1620-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 9, maddə
685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə
532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə
2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800, ¹ 12 (I kitab), maddə 2313; 2018, ¹ 2, maddə
216, ¹ 12 (I kitab), maddə
2545; 2019, ¹ 3, maddələr 403, 405, ¹5, maddə 847; Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 19 iyul tarixli 782 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.3-cü bəndə
"29.0.6-cı” sözlərindən sonra ", 29.0.11-ci ("Təhsil
Mərkəzləşdirilmiş İnformasiya Sistemi” dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi üzrə)” sözləri
əlavə edilsin.
2. 2.4-cü bəndə
"29.0.11-ci” sözlərindən sonra "("Tələbə-məzun”
və "Şagird-məzun”
dövlət elektron məlumat sistemlərinin yaradılması və onlardan istifadənin təmin edilməsi üzrə)” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 avqust 2019-cu il
Azərbaycan.- 2019.-27 avqust.-
S.5.