Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı
Əliyevaya
Hörmətli Mehriban Arif qızı.
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.
Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm.
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
Azərbaycan.- 2019.- 27 avqust.-
S.1.