Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı
Əliyevaya
Hörmətli Mehriban Arif qızı.
Ad gününüz
münasibətilə ən
xoş və səmimi təbriklərimi
qəbul edin.
Rusiya Federasiyası
Federal Məclisinin Federasiya
Şurası Rusiya-Azərbaycan
dostluq münasibətlərinin
möhkəmlənməsi istiqamətində
Sizin səylərinizi
yüksək qiymətləndirir.
Sizin ictimai və mədəni-humanitar əlaqələrin
inkişafına böyük
şəxsi töhfənizi
xüsusi qeyd etmək istəyirəm, çünki məhz bunun sayəsində ikitərəfli qarşılıqlı
fəaliyyət konstruktiv
məcrada inkişaf edir.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin
böyük potensialı
var. Bunu bizim bu yaxınlarda Bakıda keçirdiyimiz görüşlər və
danışıqlar da
təsdiq edib. Fəal parlamentlərarası
dialoq aparılır, regionlararası əməkdaşlıq
möhkəmlənir. Əminəm
ki, əməkdaşlığımız
bundan sonra da yeni birgə
təşəbbüslər və layihələrlə
zənginləşəcək.
Sizə səmimi qəlbdən cansağlığı, rifah
və ölkələrimizin
xalqları arasında
dostluq münasibətlərinin
möhkəmlənməsi işində
uğurlar, ailənizə
isə xoşbəxtlik
və firavanlıq arzulayıram.
Sizə yüksək ehtiramımı
qəbul edin.
Hörmətlə,
Valentina Matviyenko
Rusiya Federasiyası
Federal Məclisi Federasiya
Şurasının sədri
Azərbaycan.- 2019.- 27 avqust.- S.1.