Azərbaycan dövləti tərəfindən
yaşlı nəslə xüsusi diqqət
və qayğı göstərilir
Avqustun 26-da Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış
şəxslər üçün
sosial xidmət müəssisəsində olublar.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud
insanların yaşayışı
ilə maraqlandı, onlarla söhbət etdi.
Müəssisə sakinləri ilə görüşdə ahıl
insanlar dövlətin
onlara diqqət və qayğısından
razılıqlarını bildirdilər,
rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladılar. Qeyd olundu
ki, müəssisənin
sakinləri arasında
yaradıcı insanlar,
müxtəlif sənət
sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə
ocaqlarında müayinə
edilir, onlar üçün mütəmadi
olaraq konsertlər, bayram şənlikləri təşkil olunur.
Pensiya yaşına çatmış
şəxslər üçün
sosial xidmət müəssisəsində hazırda
235 nəfər yaşayır.
Azərbaycan dövləti tərəfindən
yaşlı nəslə
xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən
böyük himayəçisidir.
Ahılların sosial müdafiəsinin
gücləndirilməsi, sağlamlıqlarının
qorunması məqsədilə ölkəmizdə davamlı tədbirlər
həyata keçirilir.
Azərbaycan.- 2019.-27 avqust.- S.4.