Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti olub

 

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad XoseQurd tamaşaçılara maraqlı proqram təqdim ediblər.

Hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony gecənin xüsusi qonağı olub və məşhur hitlərini səsləndirib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Azərbaycan.- 2019.-28 avqust.- S.6.