“TurAz
Qartalı-2019” təlimlərində iştirak
edəcək Türkiyə Hərbi Hava
Qüvvələrinin nümayəndələri ölkəmizə
gəliblər
"TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.
Qeyd edək ki, təlimlərdə "MiQ-29”, "F-16”, "Su-25”, "P-235” "Kasa” təyyarələri, "Mi-35”, "Mi-17”, "Sikorski” UH-70, CH-47 "Çinok” və "ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
Təlimlərdə Azərbaycan
Hərbi Hava Qüvvələri, Türkiyə
Hərbi Hava Qüvvələri, Hərbi
Dəniz Qüvvələri və Quru Qoşunlarının
aviasiya vasitələrinin müştərək
fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların
keçirilməsi üzrə qarşılıqlı fəaliyyət,
döyüş uzlaşması
imkanlarının öyrənilməsi, axtarış-xilasetmə
tədbirlərinin icrası, havadan zərbələr
endirməklə yer hədəflərinin
məhv edilməsi və digər tapşırıqlar yerinə
yetiriləcək.
Azərbaycan.- 2019.- 30 avqust.- S. 2.