“Eternity-2019” təlimində
iştirak edəcək Türkiyə və
Gürcüstan hərbi
qulluqçuları Bakıya gəliblər
Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək "Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan silahlı qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan, Türkiyə və
Gürcüstanın dövlət bayraqları
qaldırılıb və hər üç
ölkənin dövlət himnləri səsləndirilib.
Sentyabrın 6-dək davam edəcək təlim
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində
və səhra şəraitində keçiriləcək. Təlimə
hazırlıq dövründə qonaqlar üçün bir
sıra mədəni-kütləvi tədbirlərin
keçirilməsi planlaşdırılır.
Azərbaycan.- 2019.- 30 avqust.- S. 2.