Ədliyyə naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 29-da Ədliyyə naziri Fikrət Məmmədov Abşeron rayonunun Heydər Əliyev Mərkəzində Abşeron, Xızı, Siyəzən rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə
sakinlərinin qəbulu və müraciətlərinə
baxılması üçün rahat və əlverişli şərait
yaradılmasından razılıqlarını ifadə edərək
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.- 2019.- 30 avqust.- S. 2.