Qızıl Orda dövrünə aid dekorativ
pannonun fraqmentləri tapılıb
XIV əsrdə
Qızıl Orda dövlətinin Azak şəhərinin xarabalıqları
üzərində salınmış
Rusiyanın Rostov vilayətindəki
Azov şəhərində aparılan arxeoloji qazıntılar zamanı dekorativ pannonun fraqmentləri tapılıb. Bu tapıntı alimləri həmin dövlətin şəhərlərində sənət
və yaradıcılıq
ənənələrini yenidən
nəzərdən keçirməyə
vadar edib.
Arxeoloqların fikrincə, Orta əsrlərdə Şərqi
Avropanın ən böyük şəhərlərindən
biri olan Azak qədim mədəniyyət abidələri
ilə zəngindir. Tapılan panno
zənginlərdən birinin
evinin xarabalığında
olan zibil qalıqlarının altında
aşkar edilib. Onun fraqmentlərinin kiçik
olmasına baxmayaraq, alimlər dekorativ sənət əsərinin
tam mənzərəsini bərpa
edə biliblər.
Parçaya bürünmüş
taxta üzərində
işlənmiş naxışlar
ağ fonda
qırmızı, qəhvəyi
və qara rəngdədir. Alimlər bildiriblər ki,
panno həmin dövrə aid bu ərazidə tapılan unikal əşyadır və o, yalnız yüksək məharəti
olan sənətkar tərəfindən işlənə
bilərdi.
Qeyd olunur ki, 2019-cu ildə aparılan qazıntılarda arxeoloqlar
qədim Azak şəhərindən qalan
iki daş bina, ona yaxın
küçə, 50 qəbrin
qalıqlarını da
tapıblar.
Azərbaycan.- 2019.-31 avqust.- S. 4.