Nəsimiyə həsr
olunan televiziya filmi çəkilib
"Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin
"Azərbaycantelefilm” Yaradıcılıq
Birliyi yeni bədii televiziya filminin çəkilişlərini
başa vuraraq təhvil verib.
"Son gecə” adlı film Azərbaycanın
dahi şairi İmadəddin Nəsimiyə
həsr olunub. "Nəsimi ili”
çərçivəsində ərsəyə gələn
film şairin zindanda -
edamdan əvvəl son
gecəsindən bəhs
edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib.
Filmdə maraqlı faktlardan
biri üç fərqli Azərbaycan şairinin - Nəsimi, Mirzə Ələkbər
Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.
Filmin ssenari müəllifləri
Afaq Vasifqızı və Pərvin, quruluşçu rejissorları
Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov,
quruluşçu operator Əməkdar
mədəniyyət işçisi
Eldar Məmmədov, quruluşçu rəssam
Rafael Əlizadə, qrim
rəssamı isə
Elbrus Vahidovdur.
Nəsimi rolunu Əməkdar artist Elşən Rüstəmov
oynayır. Filmdə Əməkdar artist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları çəkilib.
Film sentyabr ayından
ekranda nümayiş etdiriləcək.
Azərbaycan.- 2019.-31 avqust.- S.4.