4,2
milyon vətəndaş,
5,3 milyard manat vəsait
Əhalinin bütün
qruplarının rifahının
yüksəldilməsi Prezident
İlham Əliyevin sosial siyasətinin əsas leytmotividir
Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin
rifahı, vətəndaşının
firavanlığı naminə
aparılan siyasətdə
öz təcəssümünü
tapır. Azərbaycanda da dövlətin
prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü
siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edir.
2019-cu il
isə sosial sahədə inqilabi islahatlar ilinə çevrilib desək yanılmarıq. Belə ki, Prezident İlham
Əliyevin bu il təqdim etdiyi iki sosial
paket ölkədə
minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq,
130 manatdan 250 manata,
minimum pensiyanın 72,4 faiz
artırılaraq 116 manatdan
200 manata çatdırılmasına,
sosial müavinət və təqaüdlərin
orta hesabla 100 faiz artırılmasına
imkan verib. Bundan başqa, dövlət sektorunda işləyənlərin
əməkhaqları, məcburi
köçkünlərin, tələbələrin təqaüdləri
əhəmiyyətli şəkildə
artırılıb. 800
min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına
son qoyulmaqla bu problemin həlli ilə bağlı maliyyə yükünü
dövlət öz üzərinə götürüb.
Bunu şərtləndirən
amillərə nəzər
yetirsək görərik
ki, cənab İlham Əliyevin fevral ayında imzaladığı 8 sərəncam,
3 fərman ölkə
əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin,
qaçqın və məcburi köçkünlərin,
müharibə veteranlarının,
şəhid ailələrinin,
ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin
sosial müdafiəsinin
gücləndirilməsinə xidmət etdi.
İmzalanan fərmanlara əsasən aprel ayının 1-dən
14 kateqoriya üzrə
sosial müavinətlər
və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı. İlk olaraq dövlət
başçısı fevralın
8-də əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə
xidmət edən
"Minimum aylıq əməkhaqqının
artırılması haqqında”
sərəncam imzaladı.
Bu sənədə əsasən
bu il martın
1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat)
artırılaraq 130 manatdan
180 manata yüksəldildi.
Bu da dövlət
büdcəsindən maliyyələşən
təşkilatlarda və
özəl sektorda işləyən 600 min işçinin
əməkhaqqının artması
deməkdir. Onlardan
dövlət sektorunda
işləyən 450 min nəfərin
əməkhaqqında 30 faiz,
özəl sektorda işləyən 150 min nəfərin
əməkhaqqında isə
25 faiz artım özünü göstərdi.
Bu da onu təsdiq edir ki, əhalinin
bütün qruplarının
rifahının yüksəldilməsi
həyata keçirilən
sosial siyasətin əsas leytmotividir.
Minimum əməkhaqqının
artırılması ilə
bağlı dövlət
büdcəsindən illik
400 milyon manat, 2019-cu il üzrə
isə (10 ay ərzində)
335 milyon manata qədər əlavə vəsait yönəldildi.
Özəl sektorda əməkhaqqı
artımı ən çox avtomobillərin təmir servis xidmətləri, xırda çörəkbişirmə sexləri,
hüquqi şəxs statusunda olan ticarət, ictimai-iaşə
sahələrində çalışan
işçilərə aiddir.
Orta hesabla ölkəmizdə muzdla çalışan ümumi işçilərin
40 faizinin, büdcədən
maliyyələşən sahələrdə
isə 55 faizinin əməkhaqları artırıldı.
Prezidentin birinci paketi 3 milyon vətəndaşın maaş,
pensiya, sosial müavinətlərinin artırılmasını
təmin etdi və mühüm sosial məsələlərin
həllinə 1,6 milyard manat yönləndirildi.
Ümumiyyətlə, vətəndaşların əmək
hüquqlarının qorunması,
işçilərin maddi-sosial
tələbatlarının ödənilməsi, layiqli
həyat səviyyələrinin
təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. 2003-cü ildən
bugünədək orta
aylıq əməkhaqlarının
7,5 dəfə, pensiyaların
10 dəfədən çox,
həssas qruplara yönələn müavinət
və təqaüdlərin
dəfələrlə artırılması,
yoxsulluğun 5 faizə
enməsi də təsdiqləyir ki, cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
Sosial-iqtisadi sahə ilə bağlı iyulun 31-də
keçirilən müşavirədə
bu məsələlərə
toxunan Prezident İlham Əliyev vurğulayıb ki, dövlət əlavə gəlirlərin demək olar tam həcmini sosial sahəyə yönəldir. Çünki sosial sahə prioritet sahədir və hər zaman bu sahə
diqqət mərkəzində
olub, bu gün də belədir: "Azərbaycan
vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi
daim diqqət mərkəzindədir və
imkan daxilində biz bu məsələləri
həll edirik. Onu da bildirməliyəm ki, bu sosial
paketin həyata keçirilməsi üçün
çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən
2 dəfə artımın
olduğu sosial müavinətləri də
əlavə edə bilərik. Məcburi
köçkünlərə verilən müavinət
50 faiz artmışdır,
problemli kreditlərlə
bağlı olan məsələ öz həllini tapmışdır,
digər sosial təşəbbüslər irəli
sürülmüşdür və bu, bir
daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Bir tərəfdən düşünülmüş
və ardıcıl olaraq həyata keçirilən islahatların
nəticəsi, digər
tərəfdən isə
cənab İlham Əliyevin cəsarətli,
inamlı addımları
ölkə vətəndaşlarının
xoş gələcəyinə
hesablanmış siyasətin
təzahürüdür. Hələ 2018-ci ilin sonlarında qarşıdan gələn
dövrdə əhalinin
sosial durumunun daha da yüksəldilməsinin
prioritet təşkil edəcəyini bəyan edən ölkə rəhbəri hər zamankı kimi sözünə, əməlinə
sadiqliyini nümayiş
etdirdi.
İkinci paketin icrası isə sentyabrın 1-dən
başlayır. Belə ki, minimal əmək haqqı 250 manata çatdırılır, əlavə
olaraq 400 min nəfərin
maaşı 20-50 faiz artırılır. Bununla da
cari ildə reallaşan iki sosial paket nəticəsində
Azərbaycanda minimum əməkhaqqının
məbləği 93 faiz
artırılmış olacaq.
Bununla ölkəmizdə ilk dəfə
olaraq minimum əməkhaqqının
məbləği yaşayış
minimumunu (180 manat) üstələyəcək.
Yəni minimum səviyyədə olan əməkhaqqı belə
yaşayış minimumundan
70 manat və ya 40 faiz çox
olacaq. Minimum əməkhaqqının
bu artımı 950 min
nəfərin maaşlarının
artımına səbəb
olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət
sektorunda çalışanlardır.
750 min pensiyaçıya
verilən vəsait isə oktyabrın 1-dən
artırılacaq. Prezident İlham Əliyevin bu il də təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması
istiqamətində inqilabi
addımların atılmasını
təmin edən sosial islahatlar paketində pensiyaçıların
sosial müdafiəsinin
gücləndirilməsi, bu
məqsədlə pensiya
artımı xüsusi
yer tutur. Belə ki, bundan
əvvəl minimum pensiya
2019-cu il martın 1-dən
116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı
və həmin artım 233 min vətəndaşı
əhatə etmişdi.
Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata
çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə
edəcək.
Prezident İlham
Əliyevin 18 iyun
2019-cu il tarixli sərəncamları ilə
dövlət qulluqçuları,
hərbi qulluqçular,
ədliyyə, hüquq
mühafizə, fövqəladə
hallar, miqrasiya orqanları əməkdaşları,
xüsusi rütbəli
şəxslərin əməkhaqları
ciddi şəkildə
artırılıb ki,
bu da qanunvericiliyə
əsasən xüsusi
şərtlərlə pensiya
təyin olunmuş 94
min nəfərin pensiyasının
da gələn aydan orta hesabla
31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları
sahələr üzrə
əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə
əsasən onların
əmək pensiyaları
da yenidən hesablanaraq artırılır.
Əlavə olaraq müavinət və təqaüdlərin artırılması
sahəsində görülən
işlər ümumilikdə
1,3 milyon insanı əhatə edib və bunlardan 300 mindən artığı
məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün,
100 mindən artığı
tələbə və
gənclərdir.
Göründüyü kimi, bu müavinət
və təqaüdlər
əhalinin sosial cəhətdən ən həssas təbəqəsini
əhatə edir və onların gəlirləri çox əhəmiyyətli şəkildə
artırılır.
Onu da əlavə edək ki, dövlət
başçısının digər təşəbbüsü
sosial sığorta sahəsində böyük
irəliləyişi təmin
edib. Belə ki, 2006-2018-ci illərdə
sığortaya hətta
cüzi məbləğ
ödəyənlərə belə 25 illik sığorta stajı hesablanb. Bunun nəticəsində yanvar ayının 1-dən
etibarən avtomatik pensiya təyinatına başlanılıb. Avtomatik pensiya
təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən
pensiya təyinatlarını
ən səmər
Beləliklə, Prezidentin
imzaladığı hər
iki sosial paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat olmaqla ümumilikdə
4,2 milyon vətəndaşın
əhatə edilməsini
və 5,3 milyard manatın ayrılmasını
nəzərdə tutur.
Əgər nəzərə alsaq ki, ölkə əhalisinin sayı 10 milyon nəfərdir, bunun necə böyük sosial əhəmiyyətə malik olduğunu təsəvvür etmək çətin deyil.
Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır.
Azərbaycanda sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən isə Prezidentin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Ancaq atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.-31 avqust.- S.1; 3.