Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə
Ərəbistanında səfərdədir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmi görüşlər keçirməklə yanaşı, bir sıra əhəmiyyətli yerləri də ziyarət edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Məkkə şəhərində ziyarət olunan muzeydə müsəlman dünyası üçün müqəddəs sayılan tarixi əşyalar qorunur.
Daha sonra Şeyxülislam Məkkənin məşhur astrofizika rəsədxanasında Ayı, ulduzları, planetləri öyrənən son model cihazlarla və astrofizik muzeylə tanış olub.
Səudiyyə
Ərəbistanının dövlət KİV-i
Şeyxülislam Allahşükür
Paşazadənin səfərini işıqlandıraraq bu cür əhəmiyyətli
səfərin ölkələrimiz arasında münasibətlərin
inkişafına və müsəlman dünyasına böyük töhfələr verdiyini bildirib. Ziyarət
zamanı Kral sarayının müşaviri, Səudiyyə Ərəbistanının
Böyük Alimlər Şurasının
üzvü Şeyx Səd
Nasir əş-Şisri Şeyxülislam
Allahşükür Paşazadəni
müşayiət edib.
Azərbaycan.- 2019.- 31 avqust.- S.2.