Mark Şnayer: Birinci xanım Mehriban Əliyeva Azərbaycanda qadın hüquqlarının
və imkanlarının
genişləndirilməsi istiqamətində
çox iş görüb
ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer AZƏRTAC-a eksklüziv
müsahibəsində Azərbaycanda
tolerantlıq və qarşılıqlı anlaşma
ənənələrindən, həmçinin bu dəyərlərin bütün
dünyada təbliği
istiqamətində Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərindən bəhs
edib.
Ravvin Şnayer
deyib: “Mən Azərbaycanı digər
57 müsəlman ölkəsi
ilə müqayisə
etməyi xoşlayıram.
Açıq-aşkardır ki, sizin ölkəniz multikulturalizm
ənənələri sahəsində
mütləq liderdir.
Söhbət təkcə
Prezident İlham Əliyevin bütün beynəlxalq konfranslarda, o cümlədən “Bakı
Prosesi” çərçivəsində
tolerantlıq ideyalarının
təbliğinə şəxsi
sədaqətindən yox,
həmçinin özündə
dözümlülük və
dinc-yanaşı yaşamağı
ehtiva edən bu dəyərlərin Azərbaycan cəmiyyətinin
əsasını təşkil
etməsindən gedir.
Mədəniyyətlərarası və dinlərarası
dialoq və qarşılıqlı anlaşma
yüz illər boyu Azərbaycan cəmiyyətinin əsası
olub və belə olaraq da qalır. Bu, yeni platforma
deyil, öz–özlüyündə
unikal hadisədir”.
Ravvin Şnayer əlavə edib ki, Azərbaycana
tez-tez səfər edir və mədəniyyətlərarası
və dinlərarası
dialoq üzrə bir çox qlobal konfranslarda iştirak edir. “Elə bir konfrans
yoxdur ki, orada birinci xanım
Mehriban Əliyeva iştirak etməsin və dünyanın bütün ölkələrindən
gəlmiş qonaqları
salamlamasın. Qeyd etmək
vacibdir ki, bütün bu illər ərzində Birinci vitse-prezident Azərbaycanı mədəniyyətlərarası
platformada dünyanın
paytaxtına çevirmək
üçün şəxsi
səylərini əsirgəməyib.
Qeyd etmək yerinə düşər ki, o, bu işləri öz həyat yoldaşı, Prezident İlham Əliyev ilə mütləq tərəfdaşlıq şəraitində
həyata keçirir.
Bundan başqa, birinci xanım Azərbaycanda qadın hüquqlarının və
imkanlarının genişləndirilməsi
istiqamətində də
çox iş görüb. Bunun sayəsində o, bütün dünyadakı
müsəlman qadınların
əksəriyyətini ruhlandırıb.
Heyrətamiz haldır ki,
onun liderliyinin atributları, humanizm və dözümlülük
dəyərlərinə sədaqət
prinsipləri Azərbaycan
cəmiyyətinin təməlinin
təşkil edən ənənələrə uyğundur”,
- deyə ABŞ Etnik Anlaşma Fondunun prezidenti vurğulayıb.
Mark Şnayer, həmçinin Azərbaycandakı
yəhudi icması haqqında da danışıb: “Azərbaycan
yəhudilərindən söz
düşmüşkən, qeyd etməliyəm ki, bu icma
öz-özlüyündə bir fenomendir. Maraqlıdır ki, əhalisinin
əksəriyyəti müsəlman
olan bu ölkədə
25 minlik yəhudi icması mövcuddur.
Bu insanlar öz
dininə sərbəst
şəkildə etiqad
etməklə və sülh şəraitində
yaşamaqla yanaşı,
həmçinin Azərbaycan
xalqı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən
sevilirlər. Mən bu
ilin mayında Bakıya səfərim zamanı ilk koşer restoranının açılışında
iştirak etdim. Bu, mədəni nöqteyi-nəzərdən
qeyri-adi təcrübə
idi. Ayrıca olaraq, yüksək
xidmət səviyyəsini
də qeyd etmək lazımdır.
Bakıda yəhudi restoranının
olduğunu görmək
çox xoşdur.
Azərbaycan mədəniyyətlərarası
və dinlərarası
dialoq, dinc yanaşı yaşamaq ideyalarının İslam
dünyasında təbliği,
İsraillə və bütün dünyadakı
yəhudi icmaları ilə dostluq əlaqələri üzrə
aparıcı ölkədir.
Mən Azərbaycandan söz açanda, səs tonumda həmişə ruh yüksəkliyi hiss etmək mümkündür.
Şadam ki, bu cür ölkə
mövcuddur və dünya ictimaiyyəti mədəniyyətlərarası dialoq və dinc yanaşı yaşamaq ideyalarına bu dərəcədə sadiq olan ölkəni
qiymətləndirməlidir”, - deyə ravvin Şnayer sözlərinə
yekun vurub.
Azərbaycan.- 2019.- 29 avqust.- S. 1; 3.