“Gedək gəzək biz Xızı dağlarını...”

 

Cənubi Qafqazda ilk yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi Reabilitasiya Klinikası Altıağac Milli Parkındadır

 

Azərbaycan təbiətinin füsunkarlığı onun heyranlarının sayını ildən-ilə artırır. Bu yerlərə ilk qədəm basanlar sonradan yaxın dost-tanışları, qohum-əqrabası, nəhayət, ailəsi ilə təbiətimizin seyrinə dalmağı, onun cənnət-məkan guşələrində dincəlməyi özlərinə borc bilirlər. Əslində, vətənimizin dördbir yanı gəzməli, görməli, heyran olunmalıdır. Turizmin bu yerlərdə ildən-ilə inkişafı da ilk növbədə "vəhşi təbiət”də qorunub saxlanan minilliklərin yaşıdı flora və faunası ilə bağlıdır. Axı bu gözəlliklər həm də təbiətin canlı muzeyi kimi hər kəsi heyran qoyur.

Altıağac Milli Parkı da belə məkanlardandır. Respublikamızın şimal-şərqində Xızı ilə Siyəzən rayonlarının ərazisində yerləşən bu unikal təbiət muzeyi - park 2004-cü ilin avqust ayında 11035 hektar sahədə salınıb. Milli Park eko-turizmin inkişafı, təbiət komplekslərinin, ətraf mühitin qorunması, yerli flora faunanın bərpası, Böyük Qafqazın cənub-şərq silsiləsinin təbii landşaftının qorunub-saxlanılması məqsədilə yaradılıb. Ərazisindən Ataçay onun bir neçə qolu axır. Bu çay öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən götürüb dərələrdən axıb gedərək Xəzərə tökülür. Suyundan suvarma məqsədilə istifadə olunur.

Parkın bir hissəsi enliyarpaq ağaclardan yaranmış meşə ilə əhatə olunub. Ən çox Qafqaz palıdı, vələsi, Şərq fıstığı, adi göyrüş, tozağacı, cır alma, armud kimi ağaclara rast gəlinir. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu s. kol bitkiləri az deyil.

Parkın heyvanat aləmi kifayət qədər rəngarəngdir: ərazisində 500-ə yaxın heyvan növü qorunur. Əsasən cüyür, ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar digər məməlilər məskunlaşan Altıağac Milli Parkı Şamaxının "altı ağacməsafəsində yerləşdiyindən, ona kəndlərin birinə Altıağac adı verilib. "Ağacməsafəsi vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 5-6 kilometrə bərabər götürülüb.

Təbii ki, əsasən meşəlik ərazilərdən ibarət olan parkda qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq quşlara da az rast gəlinmir. Ərazidə adları Azərbaycanın "Qırmızı Kitabı”na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan quş növləri diqqəti cəlb edir.

Cənubi Qafqazda ilk yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi Reabilitasiya Klinikası da məhz bu parkda yerləşir. Təbii səbəblərdən zədə alan, xəstələnən insanlar tərəfindən yaralanan, qanunsuz saxlanılan heyvanlar aşkarlanaraq bura gətirilir. Onlar baytar həkimlər tərəfindən müayinə müalicə edilir, tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılır.

Ölkəmizin ayrı-ayrı regionlarında turizmin inkişaf etdirilməsi, bölgələrimizin potensialının bu sahəyə yönləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən biri qoruqların parkların yaradılmasıdır. Haqqında söz açılan Altıağac Milli Parkına gəlincə, o, beş hissədən ibarətdir. Bunlardan üçü qorunur ki, həmin ərazilərə giriş icazəlidir. Çünki burada nadir bitki heyvanat aləmi var onların istifadəsi qadağandır. İkisinə isə sərbəst daxil olmaq mümkündür. Parkın ərazisində 20-yə yaxın nadir ağac, 14-dən artıq qorunan heyvan növü var. Bunlardan bəzilərinin kökü, demək olar ki, kəsilmək üzrədir.

Milli Parkda 40 nəfərədək təbiətsevər çalışır. Azərbaycan Turizm İnstitutunun əməkdaşları ilə Altıağac Milli Parkının nəzdində təşkil edilən seminarların məqsədi burada xidmət mədəniyyətinin yüksəldilməsidir. Orta məktəblərin müəllim şagirdlərinə burada müxtəlif mövzularda seminarlar keçirilir. Bu isə təbiətlə insanlar arasında canlı ünsiyyət qurmaq kimi vacib məsələlərdə mühüm əhəmiyyət daşıyır.

Altıağac Milli Parkının nəzdində turistlərin istirahət etməsi üçün hər cür şəraiti olan xüsusi evlər inşa edilib. Turistləri qarşılamaq onlara müvafiq istiqamətlər üzrə xidmət göstərmək üçün münbit şərait var. Parka gələn turistlərə yaz, yay, payız mövsümündə istifadə ediləcək çadır-palatkalar, yataq dəstləri təklif edilir. Bundan əlavə, qonaqlara gəzinti üçün atlar, velosipedlər verilir. Eyni zamanda 4 cür marşrut onları müşayiət edən bələdçilərin xidmətləri yüksək, təklif edilən qiymətlər isə müvafiqdir.

Onu da deyək ki, parka gələnlər əsasən xarici turistlərdir. Son vaxtlar yerli qonaqlar da parkda istirahətə üstünlük verirlər. Əvvəllər parkda qış aylarında turistlər gözə az dəysə , bu gün həmin problem yaşanmır.

Bütün bunlarla yanaşı, onu da qeyd edək ki, turizm şirkətləri ilə park arasında əlaqə hələ ki istənilən səviyyədə özünü göstərmir. Yaxşı olardı ki, turizmlə məşğul olan şirkətlər belə məkanları diqqətdən kənarda saxlamasınlar. Bu işdə Altıağac Milli Parkının direktor müavini Susann Görnertin Azərbaycan Turizm İnstitutunun Tədqiqat inkişaf şöbəsinin aparıcı məsləhətçisi, ekologiya üzrə xarici ekspert Gila Altmannın əməyi xüsusi qeyd edilməlidir. Əsasən yerli əhalidən seçilib bələdçi kimi xidmətə cəlb edilənlərin əcnəbi dil bilmək problemi həll edilmək üzrədir. Hələlik isə bu işdə tərcüməçilərdən istifadə olunur.

Məşhur mahnıda deyildiyi kimi, "Gedək gəzək biz Xızı dağlarını, içək onun sərin bulaqlarını...”

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-29 avqust.- S.5.