Sağlamlıq və Termal Turizminə
dair əməkdaşlıq görüşü keçirilib
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin Bakı ofisində Türkiyənin Dənizli Xəstəxanalar Şəbəkəsinin nümayəndələri ilə görüşü keçirilib.
Qurumun prezidenti Ruslan Quliyev görülmüş işlər və layihələr haqqında qonaqlara məlumat verib. Daha sonra AHTTSA-nın icraçı direktoru Tərlan Quliyevin fikirləri dinlənilib.
Dənizli Xəstəxanalar
Şəbəkəsinin xarici əlaqələr
sektorunun müdiri Emre Türkmen xəstəxana
haqqında ətraflı məlumat verərək, xidmət
göstərdikləri ixtisas xəstəliklərinin
müalicəsi istiqamətində fəaliyyətlərindən
bəhs edib. Əməkdaşlıq
perspektivləri, fəaliyyət planı müzakirə olunub, Dənizli Xəstəxanalar Şəbəkəsinin
ixtisaslı həkimlərinin Azərbaycanda
seminarlarının təşkili və Dənizli bölgəsinə
tanışlıq turlarının təşkili barədə
yekdil qərar əldə olunub.
Azərbaycan.- 2019.-29 avqust.- S.5.