Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri
bütün sahələrdə uğurla inkişaf edir
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
AZƏRTAC xəbər
verir ki, söhbət
zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin
həyata keçirdiyi qlobal
layihələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin
açılış mərasiminin önəmi qeyd edildi. Azərbaycan ilə
Türkiyə arasında əlaqələrin bundan
sonra da daim möhkəmlənəcəyinə və
genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan.-
2019.- 1 dekabr.- S.3.