“Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu və 25-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 632, ¹ 12, maddələr
2017, 2036; 2017, ¹ 4, maddə 520, ¹ 5, maddə 743; 2018, ¹ 6, maddə
1187; 2019, ¹ 1, maddə 28, ¹ 5, maddə 797, ¹ 6, maddə
986; Azərbaycan Respublikasının
2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli
Qanunu) aşağıdakı
məzmunda 6.3.3-1-ci maddə
əlavə edilsin:
"6.3.3-1. müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa
və ya ləğv etdiyi lisenziyalar və icazələr ilə bağlı bu Qanunun 8.1-ci maddəsində
göstərilən məlumatları
reyestrdə qeydə alındığı tarixdən
3 iş günü müddətində müvafiq
icra hakimiyyəti orqanına göndərir;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2019-cu il
Azərbaycan. - 2019.-1 dekabr.- S.7.