Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmişLisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 1, maddə 52) ilə təsdiq edilmiş "Lisenziyalar icazələrportalı haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:

"6.3-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə bu Əsasnamənin 6.1-ci bəndinə uyğun olaraq verilən, dayandırılan, bərpa ya ləğv edilən lisenziyalar, onların əlavələri icazələr barədə Qanunun 8.1-ci maddəsində göstərilən məlumatlar portal tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 1 dekabr.- S.7.