Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 689 nömrəli Fərmanının icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə 854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə 403, ¹ 5, maddə 848) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.35-1-8.35-4-cü bəndlər əlavə edilsin:

"8.35-1. peşə təhsili müəssisələrini idarə etmək fəaliyyətini əlaqələndirmək məqsədilə məlumat bazası yaradır, onun digər təhsil pillələri səviyyələrinin məlumat infrastrukturuna inteqrasiyasını təmin edir;

8.35-2. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırır, bu istiqamətdə analitik metodik materiallar hazırlayır;

8.35-3. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərə münasibətdə) peşə təlimini ixtisasartırmanı təmin edir;

8.35-4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili almaq hüququnu təmin edir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625,

¹ 11, maddə 996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə 1084; 2013, ¹ 2, maddə 124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə 789, ¹ 9, maddə 1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr 263, 264, ¹ 6, maddə 705, ¹ 8, maddə 908, ¹ 10, maddə 1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr 1051, 1072; 2017, ¹ 9, maddə 1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə 1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə 245, ¹ 5, maddə 845, ¹ 6, maddə 1036, ¹ 7, maddə 1732, ¹ 8, maddə 1397) ilə təsdiq edilmiş Əlavə II "Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci 3.1.27-2-ci yarımbəndlər əlavə edilsin:

"3.1.24-1. insan kapitalını inkişaf etdirmək, məşğulluğu təmin etmək keyfiyyətli əmək bazarı formalaşdırmaq məqsədilə ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemləri araşdırmaq, bu istiqamətdə analitik metodik materiallar hazırlamaq;”;

"3.1.27-2. yaşlılar üçün (məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə münasibətdə) peşə təlimini ixtisasartırmanı təmin etmək.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 674; 2019, ¹ 5, maddə 848) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, əmək bazarının tələblərinə dövlət-özəl tərəfdaşlıq mexanizminə uyğun olaraq, tabeliyindəki peşə təhsili müəssisələrində kadr hazırlığına dair sifarişlərin formalaşdırılmasını təmin edir proqnozları tərtib edir;”;

3.2. aşağıdakı məzmunda 3.1.14-1-ci yarımbənd əlavə edilsin:

"3.1.14-1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, işəgötürənlərin təhsilalanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə yerlərində tabeliyindəki peşə təhsili müəssisələrində təcrübə proqramları hazırlayır;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il

 

Azərbaycan.- 2019.- 1 dekabr.- S.7.