CISCO şirkəti ilə əməkdaşlıq çox yaxşı səviyyədədir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görmək çox xoşdur. Xoş gəlmisiniz.

CISCO şirkətinin vitse-prezidenti Qay DİDRİX dedi:

-Təşəkkür edirəm. Sizi görmək bu gözəl şəhərə yenidən qayıtmaq hər zaman çox xoşdur.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm iqtisadi.

Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən "Bakutelsərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, "Bakutelsərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi , bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir.

Qay Didrix: Elədir.

Prezident İlham Əliyev: Siz builki sərgidə iştirak edəcəksiniz. Sizə uğurlar arzu edirəm əminəm ki, bizim əməkdaşlığımız uğurla davam edəcək.

Qay Didrix: Təşəkkür edirəm. Siz möhtəşəm tərəfdaş olmusunuz. Bizimlə əməkdaşlıq edən elə bir ölkə yoxdur ki, onun Prezidenti detallarla bu qədər diqqətlə müdrikcəsinə məşğul olsun. Biz bunu bəyənirik. Biz birlikdə işlə bağlı danışa bilirik. Bu, əladır. Bir sıra şərh verməzdən öncə Formula 1 yarışlarına şəxsi dəvətə görə Sizə təşəkkür etmək istərdim. Mən çox əyləndim. İlk növbədə, fantastik yarış idi. Biz "Maklaren”lə əlaqəli olduğumuzdan hər il UF1 yarışlarını təşkil etmək imtiyazına sahibəm. Sözsüz ki, Bakı yarışı mənim sevimli yarışımdır.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Qay Didrix: Bakı çox qədim şəhərdir insanlar çox mehribandırlar. Çox yaxşı təşkil olunub trek möhtəşəmdir. Təbrik edirik. Sizin orada mükafatları təqdim etdiyinizi görmək gözəl idi.

Prezident İlham Əliyev: Bəli, bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır.

 

Azərbaycan.- 2019.- 3 dekabr.- S.2.