Prezident İlham Əliyev Dilarə Seyidzadəyə
“Şərəf” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə "Şərəf” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.
Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.
Son 16 il
ərzində biz birlikdə
işləyirik. Mən də
sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli,
bilikli, peşəkar insan kimi ölkəmizin
ümumi inkişafına
böyük töhfələr
vermisiniz. Bütün bunları
nəzərə alaraq,
mən sizi yüksək dövlət
ordeni – "Şərəf”
ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə
dövlət tərəfindən
verilən yüksək
qiymətdir. İcazə verin,
bu yüksək mükafatı sizə təqdim edim.
Dilarə SEYİDZADƏ: Çox
sağ olun.
***
Dövlətimizin başçısı "Şərəf”
ordenini Dilarə Seyidzadəyə təqdim
etdi.
***
Prezident İlham ƏLİYEV: Təbrik
edirəm sizi.
Dilarə SEYİDZADƏ: Çox sağ
olun, cənab Prezident. Bilirsiniz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı
bir tarixçi kimi çalışmışdım.
Bu, mənim üçün
çox böyük bir şərəf idi. Siz çox sağ
olun, elə bu ordenin də
adı "Şərəf”dir.
Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət,
bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, əvvəlcə
özünə köməkçi,
sonra isə katiblik yaradıb qarşımda çox məsuliyyətli vəzifələr
qoymuşdur. O, katibliyi
yaradanda mənə işin hamısını
izah etmişdi. Görünür, o hesab edirdi
ki, həmin dövrdə katiblik çox lazımı işlər görəcək.
Mən Sizə çox böyük minnətdarlığımı
bildirirəm ki, Siz də bizə
etimad göstərdiniz,
mənim başçılıq
etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğını hər gün hiss edirdik. Biz fəxr edirdik
ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın
mənası idi.
Bu gün
də yüksək diqqət göstərib, vaxt ayırıb məni qəbul etdiniz, mənə belə böyük bir mükafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza
valeh oluram, çox diqqətlə qulaq asıram. Onlar bizim tariximizi daim hər bir
insanın ürəyinə
çatdırır. Deyə bilərəm
ki, Azərbaycan xalqının çox böyük oğlusunuz.
Biz hamımız Sizinlə həmişə
fəxr edirik, Sizi hamı sevir. Arzum odur ki, Siz həmişə xoşbəxt olasınız,
həmişə bizim
bu gözəl Vətənimizi irəliyə
aparasınız.
Prezident İlham
ƏLİYEV: Çox sağ
olun. Xoş sözlərə görə təşəkkür
edirəm. Sizə də
cansağlığı arzulayıram.
Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi
bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə
verəcəksiniz və
Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı
ilə nəzərə
alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.
Çünki mənim Bakı Dövlət Universitetinin
100 illiyinə həsr
edilmiş tədbirdəki
çıxışım məhz böyük dərəcədə gənclərə
verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları
qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının
qarşısında göstərdiyi
tarixi xidmətləri
bilməlidirlər. Biz
hamımız o acı
günləri yaxşı
xatırlayırıq. Azərbaycanda xaos, anarxiya,
özbaşınalıq hökm
sürürdü, ölkəmizin
müstəqilliyi sual
altında idi. Demək olar ki, Azərbaycan
parçalanma ərəfəsində
idi. Məhz Heydər Əliyevin
qətiyyəti, cəsarəti,
biliyi, xalqın ona olan inamı,
bizi bu ağır
vəziyyətdən çıxardı
və inkişaf yoluna qoydu.
Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər
yazılmalıdır, həm
elmi əsərlər,
həm publisistik əsərlər. Çünki buna böyük
ehtiyac var. Xüsusilə
ona görə ki, biz bu tarixi
yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab
edirəm ki, bu tarixi olduğu
kimi çatdırmaq,
onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi
kimi və Azərbaycan dövlətçiliyinin
formalaşmasında önəmli
rol oynamış insan kimi bundan
sonra da öz elmi fəaliyyətinizdə
bu işləri görəcəksiniz. Sizə cansağlığı
və yeni uğurlar arzulayıram.
***
Sonra xatirə şəkli çəkdirildi.
***
Prezident İlham
ƏLİYEV: Sağ olun.
Dilarə SEYİDZADƏ: Çox sağ olun.
Azərbaycan.- 2019.- 3 dekabr.- S.2.