Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar
imzalayıb
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, Qərarda qeyd edilir ki,
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının
2-ci hissəsinə əsasən iş və
istirahət günlərinin ardıcıl olmasını təmin
etmək məqsədilə 2019-cu ilin
28 və 29 dekabr istirahət günləri
ilə 2020-ci ilin 3 və 6 yanvar
iş günlərinin yerləri dəyişdirilsin.
Azərbaycan.- 2019.-3 dekabr.- S. 3.