Milli Məclisin iclasında parlamentin
buraxılması və növbədənkənar seçkilərin
keçirilməsi ilə bağlı Prezidentə müraciət
qəbul edilib
Dekabrın 2-də Milli Məclisin plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü plenar iclasda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını
təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin
keçirilməsi ilə
bağlı etdiyi müraciətin müzakirəyə
çıxarılacağını bildirdi.
Spiker bu barədə danışaraq
dedi ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müasir dövrün tələbləri
səviyyəsində qurulan
daxili və xarici siyasəti ölkəmizin ardıcıl
və dinamik inkişafını təmin
edir. Ulu Öndər Heydər
Əliyevin başlatdığı
işlərin yeni çağırışlar şəraitində
yaradıcı şəkildə
davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə
çevirib. Prezident İlham
Əliyev tərəfindən
həyata keçirilən
köklü islahatlar
son dövrdə keyfiyyətcə
yeni mərhələyə
qədəm qoyub.
Azərbaycan Respublikasının
Nazirlər Kabinetində,
mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında, məhkəmə-hüquq
sistemində, regional idarəetmə
orqanlarında, ümumiyyətlə,
dövlət həyatının
bütün sahələrində
aparılan struktur və kadr islahatları
cəmiyyətdə rəğbətlə
qarşılanır.
Həyata keçirilən islahatların
sistemli xarakter daşıması, qarşıya
çıxan yeni çağırışlar, cəmiyyətin
gözləntiləri, digər
amillər qanunvericilik
hakimiyyətində də
islahatların dərinləşdirilməsini,
parlamentin yenilənməsini
zəruri edib. Məlum olduğu
kimi, noyabrın 28-də
parlamentdə çoxluq
təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri
Milli Məclisə parlamentin buraxılması
və növbədənkənar
seçkilərin keçirilməsi
haqqında müraciət
ediblər və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını
xahiş ediblər.
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
III hissəsinə görə,
Milli Məclisin bu cür məsələləri
müzakirə edib qərar qəbul etmək səlahiyyəti
var. Biz bu gün həmin məsələni
müzakirə etmək
üçün yığışmışıq.
Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın təşəbbüsünü
əsaslandıraraq dedi:
"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu
dövlət idarəçiliyi
ənənələri, daxili
və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə çox böyük uğurla davam etdirilir. Sosial-iqtisadi tərəqqi, ölkə
iqtisadiyyatının dinamik
inkişafı, əhalinin
rifahının daha da yaxşılaşdırılması
siyasətinin həyata
keçirilməsi daha
geniş hədəflərin
müəyyənləşməsini və daha dərin
islahatların aparılmasını
zərurətə çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Nazirlər Kabinetində, məhkəmə-hüquq
sistemində və
regional idarəetmə orqanlarında
struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə
qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bundan sonra da uğurla
davam etdiriləcək.
YAP üzvlərinin çoxluq
təşkil etdiyi Milli Məclis ölkədə həyata
keçirilən islahatların
daha da genişlənməsi
və dərinləşməsi
prosesindən kənarda
qalmamalı, islahatların
qanunvericilik sahəsini
də əhatə etməsi məqsədilə
prinsipial mövqe və dövlətçiliyə
xidmət nümunəsi
göstərməlidir”.
Komitə sədri deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin
keçirilməsi ilə
bağlı müraciətinə
dəstək verməyə
çağırdı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə çıxarılmış
məsələni hüquqi
cəhətdən əsaslandırdı.
Sonra Milli Məclisin qərar layihəsini hazırlamaq üçün parlament Sədrinin müavini Bahar Muradova, komitə sədrləri Əli Hüseynli, Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarovadan ibarət redaksiya komissiyası yaradıldı.
Müzakirələr zamanı
çıxış edən
deputatlar Hikmət Məmmədov, Fəzail İbrahimli, Azay Quliyev, Aqiyə Naxçıvanlı, Elşən
Musayev, Sahibə Qafarova, Azər Badamov, Səməd Seyidov, Şəmsəddin
Hacıyev, Qüdrət
Həsənquliyev, Kamilə
Əliyeva, Elmira Axundova,
Fəzail Ağamalı,
Məlahət İbrahimqızı,
Fazil Mustafa, Asim Mollazadə, Musa Quliyev, Jalə Əliyeva, Rasim Musabəyov, Eldar İbrahimov, Nəsib Məhəməliyev,
Arif Rəhimzadə Milli Məclisin hər zaman dövlət başçısının
həyata keçirdiyi
siyasəti dəstəklədiyini,
cəmiyyətdə yeni
siyasi proseslərin başlandığını bildirdilər.
Qeyd olundu ki, deputatların
bu təşəbbüsü
ölkəmizin inkişafına,
tərəqqisinə xidmət
edəcək və növbədənkənar parlament
seçkiləri ölkəyə
yeni dinamizm verəcək.
Çıxışlardan sonra Milli Məclis
Sədrinin müavini Bahar Muradova qərar layihəsini səsləndirdi. Qərar səsə qoyularaq
qəbul edildi.
Bununla Milli Məclisin plenar iclası başa çatdı.
Azərbaycan.- 2019.-3 dekabr.- S.1; 4.