İlham Əliyevin sistem
islahatlarının yeni hədəfləri
və ilkin uğurları
Prezident Administrasiyası müasir
islahatların modern lokomotivinə, gənclik
İlham Əliyev kursunun
fədailərinə, Azərbaycan isə yenə də
nümunəyə çevrilir
Milli Məclisin son iclasında qəbul edilən qərar növbədənkənar seçkilərlə bağlı prosesə rəsmən start verdi. Konstitusiya Məhkəməsi bugünkü iclasında Prezidentin sorğusuna münasibətini bildirməklə, hüquqi prosedur başlamış olacaq. Artıq ölkədə islahatlar sosial-iqtisadi yönümdən tədricən, amma sürətlə inzibati istiqamətə keçir. Qanunverici hakimiyyətin yeni tərkibinin formalaşması ilə bütünlüklə dövlət quruculuğu prosesinin təkmilləşməsinin ilkin mərhələsi başa çatacaq.
Prezidentin müstəsna istisnalığı
İlham Əliyev cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir, ölkədəki ictimai-siyasi durumu düzgün araşdırır, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın müəyyənləşdirir. Bunlara əsasən də strateji hədəflərini, taktiki gedişlərini, idarəçilik aparatını davamlı təkmilləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir.
Prezidentin vizyonu 10-30 il sonrakı Azərbaycanının soisal-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Liderin bu vizyonu - gələcəyə baxış konsepti çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Özü də yalnız iqtisadi, siyasi aspektdə deyil, məğzində milli dəyərlər sistemi olan geniş mənəvi spektri əhatə edir.
Məsələn, İlham Əliyev Yeni Əsrin enerji müqaviləsini 2050-ci ilədək uzatmaqla, Azərbaycandan keçən qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara indidən uyğunlaşdırmaqla və belə saysız-hesabsız strateji layihələri hazırlamaqla yanaşı, həm də o dövrün idarəçiləri olacaq bugünkü uşaq və yeniyetmələrin müasir dünyagörüşlə bahəm milli-mənəvi kontekstə köklənməsini prioritetlərindən biri elan edib. Yəni İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabah üçündür.
Bu baxımdan Prezidentin gənclər siyasəti düzgün və dolğundur. İlham Əliyev gənclərə potensiallarını realizə etmək üçün nəinki şərait yaradır, onlara böyük meydan verir, dövlət aparatında hətta ali məqamlaradək yüksəldir. Onların müasir biliklərini, modern təfəkkürlərini, daha mobil və səmərəli iş metodlarını mövcud komandanın ümumi fəaliyyət meyarı kimi təsbit edir.
Bu etimadı göstərməklə Prezident yalnız sabahın peşəkar idarəçilərini formalaşdırmır, həm də zamanın müasirliklə bağlı çağırışlarının fəsadlarından dövləti qoruyur. Bəli, məhz gənclik təcrübəsi müəyyən qədər az olsa da, yeni dünyanın çoxyönümlü trendlərini və qlobal proseslərin mahiyyətini doğru anlayır, onlara asanlıqla adaptasiya olaraq, tətbiqini daha effektiv həyata keçirir.
Yeni əsrin beşdəbirini geridə qoyarkən zamanın özü ilə bərabər sürətlə gətirdiyi müasir tələblərə və dəyərlərə savaş açmaq, əhali qrupunda ən fəal və ağırlıqlı zümrəyə çevrilən, - obrazlı desək, - "Z nəsli”nin, yeniyetmə və gənclərin yanaşmalarına, düşüncə və fəaliyyət tərzlərinə qənim kəsilmək, dövlət aparatını qlobal çağırışların zəruri meyillərindən kənar saxlamaq acı nəticələr verir, dövlət böhranlarına səbəb olur. Ən azından, son onillikdə "domino effekti” kimi ard-arda faktiki süqut edən dövlətlərin, həmçinin mərkəzi meydanlardakı etirazların ən ucqarlara qədər uzanan üsyanlara çevrilməsi misalında bunu aydın görmək olar.
Belə durumların bir səbəbi xarici müdaxilədirsə, bəlkə də ondan daha vacib səbəbi o ölkələrin rəhbərlərinin yuxarıda qeyd edilən proseslərdə göstərdikləri mühafizəkarlıq, səhlənkarlıq və səbatsızlıqdır.
Məhz bu müqayisənin timsalında İlham Əliyevin və Azərbaycanın istisnalığı müstəsnalıq kəsb edir!
İlham Əliyev gənclər siyasətini öz
nəzarətinə götürdü və
müsbət dəyişiklik dərhal baş
verdi
İlham Əliyev yalnız dövlət aparatını gəncləşdirmir, ümumilikdə Azərbaycana gənclik ruhu, dinamizm, yüksək enerji gətirir. Gəncliyə dövlət, şəxsən Prezident sahib çıxır. Onlarla artıq yeni metodlarla işləyirlər və onlardan da innovativ yanaşmalar tələb edirlər.
Bir xeyli müddətdir ki, gənclər siyasəti ilə bağlı bütün prosesləri İlham Əliyev şəxsi nəzarətinə götürüb, bu sahədəki deklorativliyi, formallığı aradan qaldıraraq yeni təşəbbüsləri ilə faydalılıq və nəticə əmsalını dəfələrlə yüksəldib.
Ənənəvi iclaslar, basmaqəlib konfranslar, uzun mühazirələr, mübaliğəli çıxışlar dövrü bitib. Yeni gənclər siyasəti pafosa, görüntüyə yox, səmərəyə, səmimiyyətə və reallığa söykənir.
İlham Əliyev gənclərdən (əslində elə bütün xalqdan) uğurlardan yox, problemlərdən danışmağı istəyir, tələb edir.
Gənclik bu günlə, sabahla bağlı problem kimi gördüyü məqamları, hansısa narahatlığını meydanlarda dilə gətirmir, Prezidentə, həmçinin Mehriban xanım Əliyevaya şəxsən çatdırmaq imkanındadır.
İlham Əliyev gənclər siyasətində "ağsaqqallar danışır - gənclər dinləyir və alqışlayır” ənənəsinə son qoyub.
İndi danışan gənclikdir. Gənclik sabahla bağlı düşüncələrini, müasir dövrün tələbləri ilə çuğlaşan təkliflərini, arzularını dilə gətirir.
Və gəncliyi artıq Prezident də, ağsaqqallar da diqqətlə dinləyir, qeydlər götürülür, onlara istinad edilir.
İndi alqışlanan gənclikdir, onun daha da möhkəmlənən dövlət sevgisidir, Azərbaycan mənafeyi ətrafında səfərbər olmaq amalıdır, əsl vətəndaşa çevrilmək əzmidir...
Və gənclik İlham Əliyevi siyasətçidən, siyasi rəhbərdən daha çox, məhz Lider sayır, dövlətin güvənci olaraq qəbul edir, ona ən yaxın himayədarı kimi yanaşır.
Gənclik üçün İlham Əliyev siyasətin və seçkilərin fövqündə dayanan şəxsdir, əsl dostdur!
Gənclik Prezident tərəfindən dövlət və xalq üçün fayda verməyə cəlb edilir, buna görə özünü gərəkli sayır, nəticə etibarilə də Azərbaycan qarşısında məsuliyyət daşıdığını dərk edir.
İlham Əliyevin
bir inqilabı da bu deyilmi?..
Elə buna görədir ki, Azərbaycan gəncliyi xaricdən ixrac oluna bilən hansısa utopik rəngli "inqilabın”
fədaisi olmağı
düşünmür, əksinə,
İlham Əliyevin islahat inqilablarının dəstəkçisinə və
icraçısına çevrilir...
Yeni Administrasiyada
yeni meyarlar
İlham Əliyev o liderlər qrupundadır ki, hər zaman formadadır - təfəkkürünə
və fəaliyyət
tərzinə görə
ən modern üsluba hakimdir, daim öz üzərində çalışır, ölkəsini
bəlli sərhədlər
çərçivəsindən çıxardaraq qlobal dünyanın ayrılmaz parçasına çevrir.
İlham Əliyev zamanın nəbzini tutur və Azərbaycanı bu impulslara zərər
çəkilmədən kökləyir. Həm dövlətini
və xalqını müasir meyillərə böyük sürətlə
yönləndirir, həm
də elə bu dinamizmlə milli identifikliyin sütunlarını möhkəmləndirir.
İlham Əliyevin bu incə və həssas yanaşması sayəsində Azərbaycan,
azərbaycanlılar, o cümlədən
gənclər həm dünyəvidirlər, həm
də milli.
İlham Əliyev əsl lider olaraq cəmiyyətdə,
dövlətdə mütəmadi
dəyişikliklərə imza atmaqla, əsla
sərt keçidlər
etmir, əvvəlki islahatlar inkar olunmur. Prezident 16 ildir apardığı
islahat konsepsiyasının
hədəf ardıcıllığını
qoruyur, sadəcə zamanla yeni keyfiyyət
mərhələlərinə müəlliflik edir.
Öz komandasını da buna uyğun təkmilləşdirir, idarəçilik
aparatında mütəmadi
müsbət dəyişikliklər
aparır. Bir ay öncə başlayan
və ötən həftə yeni strukturunun təsdiqi ilə yekunlaşan Prezident Administrasiyası ilə bağlı islahatlar İlham Əliyevin həm də bu prosesdə
inzibati amillərə
yanaşma tərzini aydın göstərdi.
Prezidentin yeni islahatlar kursunu kimlərlə bərabər icra edəcəyini, fəaliyyətdə
hansı meyarların bundan sonra əsas
götürüləcəyini hər kəs özü üçün
konkretləşdirdi. Dövlət başçısının illərdir,
davamlı olaraq söylədiyi "vətəndaş
məmnunluğu məmurun
fəaliyyətində əsas
şərtdir”, "kadr
təyinatında bacarıq
və peşəkarlıqla
yanaşı, mənəvi
təmizlik vacibdir” mülahizələri göründüyü
kimi, Administrasiyanın
yeni tərkibinin formalaşmasında əsas
leytmotiv olub.
Həm də sübut olundu ki, İlham
Əliyev həmişəki
kimi, cəmiyyətin mövqeyini, ictimai rəyi əsas götürür. Administrasiya rəhbərindən şöbə müdirlərinədək
hər biri indiyədək effektiv fəaliyyətləri ilə
fərqlənib, sahələrinin
peşəkarlarıdırlar, təmiz reputasiyaya sahibdirlər. Eləcə
də Prezidentin təbirincə desək, siyasi intriqalar və məmurlararası qovğalar onların iş üslubu olmayıb. Bu məqam
isə son vaxtlar İlham Əliyevin xüsusilə toxunduğu
məsələ idi.
Müxtəlif çıxışlarında bu mövzu ilə
bağlı dəfələrlə
xəbərdarlıq edən
ölkə rəhbəri
Administrasiyanın yeni
strukturunu bu kimi meyillərdən birmənalı təmizlədi.
Artıq Administrasiya müasir islahatların modern lokomotivinə
çevrilmək gücündədir. Kadrlarla yanaşı,
strukturların da yenilənməsi, təkmilləşməsi
Administrasiyanın həm
də cəmiyyətin
bütün zümrələri
ilə Prezident arasında etibarlı, səmimi, effektiv körpü kimi fəaliyyət göstərəcəyinə
əminlik yaradır.
2020-ci ilə
Prezidentin yeni inkişaf hədəfləri,
yeni inzibati komanda və yeni ümidlərlə qədəm qoyuruq. Bütün
proseslər Prezidentin nəzərdə tutduğu,
xalqın arzuladığı
kimi gedəcək - hər şey daha da gözəl
olacaq!..
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2019.-4 dekabr.- S.1; 4.