Sarsılmaz təməl üzərində qurulan Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz.

Çox şadam ki, "Bakutelsərgisində iştirak edirsiniz. Biz çox məmnunuq ki, Türkiyə bu sərgidə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Bu, çox önəmli bir tədbirdir, uzun illər ərzində ənənəvi olaraq keçirilir. Əlbəttə ki, həm Azərbaycanın bu sahədəki nailiyyətlərini nümayiş etdirirdost ölkələrin də texnoloji inkişafını əks etdirir.

Bildiyiniz kimi, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla biz bu günlərdə TANAP-ın açılışını qeyd etdik. Bu, bir daha Türkiyə-Azərbaycan dostluğunu ifadə edir. Bu, dostluq layihəsidir. Çünki Türkiyə və Azərbaycan birgə iradə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycan qazını Avropaya çıxarmaq üçün uzun illər müzakirələr gedirdi, Nabukko layihəsi üzərində dayanmışdılar. Ancaq onun texniki və maliyyə tərəfi həll edilməmişdi. Əslində, biz bir neçə il itirdik. Nəhayət, 2012-ci ildə birgə qərarla tarixi İstanbul anlaşması imzalandı və TANAP-a yol açdı. Onu da bildirməliyəm ki, TANAP-ın inşasında iştirak edən şirkətlərin böyük əksəriyyəti Türkiyə şirkətləridir. İşlərin təqribən 80 faizini Türkiyə şirkətləri görüb. Biz artıq bu nəhəng, böyük layihəni istismara verdik. Bu, doğrudan tarixi nailiyyətdir.

Sizin rəhbərlik etdiyiniz sahədə də çox uğurlu əməkdaşlıq aparılır. Əlbəttə, ilk növbədə, biz Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını qeyd etməliyik. Bu da tarixi layihədir. Azərbaycan Türkiyə üzərindən Asiya ilə Avropanı dəmir yolu ilə birləşdirdi. Bunu da tarixdə ilk dəfə olaraq biz icra etmişik. İndi yüklərin daşınması da artır. Hazırda Orta Asiya ölkələrindən, Çindən, hətta Əfqanıstandan yüklər bu yolla dünya bazarlarına çıxarılır. Əlbəttə ki, bu, Türkiyə-Azərbaycan birliyi, dostluğu sayəsində mümkün olmuşdur. Bu, bizim mövqelərimizi möhkəmləndirir, gücümüzü artırır. Əminəm ki, bu yol əbədi çalışacaq və daşınan yüklərin həcmi artacaqdır.

Birki, Türkiyədə texnoloji inkişaf çox sürətlə gedir. Biz bunu izləyirik, buna sevinirik. Sənaye sahəsində, informasiya texnologiyaları sahəsində çox böyük uğurlar əldə edilib. Türkiyədə elmi potensial da çox güclüdür. Əlbəttə ki, biz bu sahədə daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki dünyanın gələcək inkişafı böyük dərəcədə bu innovasiyalardan, texnoloji inkişafdan asılıdır. Burada birgə elmi araşdırmalar, tətbiqi tədbirlər əlbəttə ki, bizim əməkdaşlığımızı daha da gücləndirəcək. Bir sözlə, qarşıda işlər çoxdur. Əminəm ki, biz bütün işləri TANAP, Bakı-Tbilisi-Qars kimi vaxtında icra edəcəyik.

 

***

 

Türkiyənin Nəqliyyat İnfrastruktur naziri Mehmet Cahit TURHAN dedi:

- Hörmətli cənab Prezidentim.

Azərbaycanın qlobal səviyyədə təşkil etdiyi "Bakutelsərgisi ilə əlaqədar bir daha qardaş ölkədə olmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

İşlərinizin çoxluğuna baxmayaraq, bizi qəbul etdiyiniz üçün təşəkkürlərimi bildirmək istəyirəm.

Sizə hörmətli Prezidentimizin salamlarını gətirmişəm.

Fürsətdən istifadə edərək, indiyədək çox uğurlu şəkildə həyata keçirilən beynəlxalq səviyyədə etibarı yüksək olan Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya Yüksək Texnologiyalar Sərgisi – "Bakutel”in 25-ci ildönümünü hökumətimiz türk milləti adından ən səmimi hisslərimlə təbrik edir bundan sonrakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə bütün sahələrdə mühüm islahatlar həyata keçirir, ciddi irəliləyişlər əldə edir. Əldə olunan hər irəliləyişdən, hər uğurdan məmnunluq duyuruq. Azərbaycanın bu uğurları artırmaqda bölgəmizin parlayan ulduzu olmaqda davam edəcəyinə ürəkdən inanırıq.

Bu gün kənardan baxdıqda görürük ki, Azərbaycan siyasi ictimai sabitliyi iqtisadi bəşəri zənginliyə çevirmişdir. Qardaş xalqlarımız ümummilli lider mərhum Heydər Əliyevin "Bir millət, iki dövlətkəlamı ilə güclərini ölkələrimizin bölgəmizin faydasına uyğun olaraq birləşdirmişlər.

Sarsılmaz təməl üzərində qurulmuş əlaqələrimiz böyük bir mərhələ keçərək strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. Həqiqətən də bir çox sahədə birlikdə mühüm layihələr gerçəkləşdiririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri kimi iki böyük, mühüm layihəni həyata keçirərək qlobalregional baxımdan enerji strategiyamızı da inkişaf etdirdik. Bundan başqa, XXI əsrin layihəsi olan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi xüsusilə Azərbaycanın və Türkiyənin səyləri və maliyyə mənbələri hesabına gerçəkləşdirilməyə başlanmışdır.

Möhtərəm cənab Prezident, hörmətli Prezidentimiz ilə Sizin əhəmiyyətli töhfəniz və güclü iradənizlə başladılan bu layihələr Türkiyə və Azərbaycan üçün yeni imkanlar olaraq ortaq gücə çevrilmək hədəfinə mühüm dəstək təmin etməkdədir.

Böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamlarından hərəkət edərək Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da hər sahədə bir-birinin yanında yer almaqda davam edəcəklər. Bundan sonra bizim öhdəmizə düşən vəzifə kədəri də, sevinciortaq olan qardaş ölkələrimiz arasındakı strateji tərəfdaşlığı cənab PrezidentimizZati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəlilətməkdir.

 

***

 

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2019.- 4 dekabr.- S. 1.