İKT sektoru ölkəmizin əsas prioritetlərindən
biridir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 3-də Beynəlxalq
Telekommunikasiya İttifaqının
Baş katibi Haulin Jaonu qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, görüşdən məmnunluğunu
ifadə edən Baş katib Haulin JAO dedi:
-Siz mənim indiyədək dünyada ən çox görüşdüyüm
Prezidentsiniz. "Bakutel” sərgisi hər il keçirilən
tədbirdir. Bu il 25-ci ildönümünü
qeyd edir.
Prezident İlham
Əliyev: Bəli, doğrudur.
Haulin Jao: Həmçinin bu, indiyədək ən çox ziyarət etdiyim tədbirdir.
Prezident İlham
Əliyev: Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir
və Azərbaycanın
İKT sektorunun inkişafına
verdiyi önəmi əks etdirir. Əlbəttə, sizin şəxsən
sərgidə iştirakınız
çox vacibdir.
Çünki bu, Beynəlxalq
Telekommunikasiya İttifaqı
üçün tədbirin
əhəmiyyətli olduğunu
göstərir. Biz, həmçinin bunu sözügedən sektorda
gördüyümüz işlərə
verilən qiymətin göstəricisi hesab edirik. Qeyd etdiyiniz kimi,
bu, 25-ci sərgidir.
İldən-ilə marağın artdığını
görürük. Əslində, bu sərgi zamanı
cari ildə əldə etdiyimiz nailiyyətlər barədə
də danışa bilərik. Düşünürəm ki, biz İKT sektorunda
çox yaxşı inkişafa nail olmuşuq və bu sektor
bizim ölkənin əsas prioritetlərindən
biri olaraq qalır. Çünki o, çoxlu yeni
ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir.
Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir. Struktur islahatları,
siyasi inkişafla, şəffaflıqla bağlı
islahatlar. Biz çox yaxşı nəticələr görürük.
Azərbaycan çox sabit
ölkədir və əhalinin böyük əksəriyyəti siyasətimizi
dəstəkləyir. Bu,
güclü siyasi iradənin nümayişinə,
həmçinin iqtisadi
və sosial həyatdakı böyük
nailiyyətlərə əsaslanır.
Cari il
də bu baxımdan çox nəzərəçarpan olub.
İnsanların gündəlik
həyat şəraitinin
yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi,
maaş və təqaüdlərin
artırılması - bütün
bunların hamısı,
təbii ki, bizim inkişafımızın
göstəricisidir. Əlbəttə, iqtisadiyyatın əsas aparıcı qüvvəsi
kimi İKT sektoru da qarşıdan gələn illərdə
çox vacib rol oynayacaq. Bu sektorun inkişafı
bizə islahatlarda daha çox səmərə əldə
etməyə kömək
edəcək. Təbii ki,
bizim ölkəmizə
göstərdiyiniz diqqətə
görə sizə şəxsən təşəkkür
etmək istəyirəm.
Şadam ki, hər il
bu sərgidə bizi ziyarət edirsiniz. Bunun sayəsində biz çox səmərəli
əməkdaşlıq qura
bilmişik. Beləliklə, mən sizə minnətdaram və Bakıda xoş vaxt keçirməyinizi arzu edirəm.
Haulin Jao: Çox sağ olun, cənab Prezident. Bəli, doğrudan da mən Azərbaycanda
İKT-nin sürətlə
inkişaf etdiyini görürəm. Bütün digər
ekosistemləri əhatə
etmək üçün
çoxlu yeni İKT tətbiqləri artıq var və onlar
bütün ekosistemlər
üzrə geniş yayılıb. Təkcə
bu il
"Bakutel”də nəinki
daha çoxsaylı ölkələrin iştirak
etdiyini, həmçinin
çoxlu yeni məhsulları və yeni tətbiqləri görürəm. Məsələn, mən sərgidə gördüm ki, "məlumatların böyük
həcmi” haqqında geniş söhbət gedirdi, süni intellekt məhsulları haqqında çoxlu danışdılar. Bunlar bir-birindən
fərqlənir. Həmçinin
bu gün buraya gəlməzdən əvvəl mən gənclərin hazırladıqları
stendlərlə tanış oldum. Onlarla müəyyən ünsiyyətim
oldu və bu uşaqların çox istedadlı olduqlarını aşkar etdim.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 4 dekabr.- S.2.