Moskvada “Qış mövsümündə Azərbaycanda turizm imkanları”na dair seminar keçirilib

 

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın Moskva şəhərində "Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusunda seminar keçirilib. Seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagentiturizm sənayesinin nümayəndələri iştirak edib.

"ŞahdağTurizm Mərkəzi və "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərdən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub.

Tədbir çərçivəsində vurğulanıb ki, rusiyalı turistlərin qış aylarında istirahət destinasiyası olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır, həmçinin dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə ölkəmizə gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

 

Azərbaycan.- 2019.-4 dekabr.- S.10.