“Azərbaycanda ekoloji
saflığın qorunması naminə”
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Xan meşəsi” ərazisində "Azərbaycanda ekoloji saflığın qorunması naminə” devizi altında ekoaksiya keçirilib.
Aksiyada Bərdə regional "ASAN xidmət” mərkəzinin könüllüləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri, idmançılar və rayonun fəal gəncləri iştirak ediblər.
"Xan meşəsi” adlanan ərazinin müəyyən sahəsi plastik qablar və polietilen torbalardan təmizlənib və məhv edilmək üçün aidiyyəti yerə təhvil verilib.
Aksiya zamanı ətraf mühitin qorunması, təmizliyə riayət olunması, məişət tullantılarının ətraf mühitə, fauna və floraya vurduğu ziyanla bağlı maarifləndirici söhbət aparılıb.
Azərbaycan.- 2019.-4 dekabr.- S.10.