İspaniyada Azərbaycanın işgüzar
turizm imkanları tanıdılır
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İspaniyada keçirilən "IBTM World” sərgisində iştirak edir.
Sərgidə Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzi, həmçinin 10-a yaxın turizm şirkəti təmsil olunur.
Dövlət Turizm Agentliyindən bildirilib ki, noyabrın 19-dan start götürən sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilib, Azərbaycanın işgüzar turizm potensialı barədə təqdimatlar nümayiş edilib.
İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan "IBTM World”də iştirak etməkdə məqsəd Azərbaycanın turizm imkanlarını tanıtmaq, təbliğ etmək və bu məqsədlərlə ölkəmizə səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır. Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən "IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri hesab olunur və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.
Məlumat üçün
bildirək ki, Azərbaycan Turizm
Bürosunun tabeliyində fəaliyyət
göstərən Azərbaycan Konqreslər Bürosu
tərəfindən ölkədə işgüzar
turizmin inkişaf
etdirilməsi istiqamətində aktiv iş aparılır. Həmçinin ölkəyə
böyükmiqyaslı tədbirlərin cəlb olunması məqsədilə
müxtəlif dövlət və özəl qurumlarla
əməkdaşlıq edilir.
Azərbaycan.-
2019.-4 dekabr.- S.10.