“Azərbaycan Respublikası
Hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti arasında iqtisadi,
ticarət və texniki əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında”Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 419; 2009, ¹ 1, maddə 17; 2010, ¹ 2, maddələr 80, 104, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 134; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
maliyyə nazirinin müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
birinci müavini
"Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikasının
Birləşmiş Ərəb
Əmirliklərində fövqəladə
və səlahiyyətli
səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş
Ərəb Əmirlikləri
tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 5 dekabr.-
S.3.