Birinci vitse-prezident Mehriban
Əliyeva Xalq artisti
Əlibaba Məmmədovun evində qonaq olub
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də
milli musiqi mədəniyyətimizin görkəmli
nümayəndəsi, Xalq
artisti Əlibaba Məmmədovun evində qonaq olub.
Xalq mahnılarının, muğam
ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti,
xidmətləri olan ustad xanəndələrimizdən
biri də Xalq artisti Əlibaba
Məmmədovdur.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın
sevimli ifaçısının
evinə qonaq gəldi. Mehriban Əliyevanın gəlişi
Əlibaba müəllim
üçün gözəl
və gözlənilməz
bir ziyarət oldu.
Birinci vitse-prezident
Mehriban Əliyeva dedi: Salam, hörmətli Əlibaba
müəllim. Çox şadam
sizi görməyə.
Xalq artisti Əlibaba Məmmədov: Nə xoşbəxtçilik. Çox böyük
zəhmət vermisiniz
özünüzə. İnanırsınız ki, Allaha and
olsun, mən nə boyda həyəcan
keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük
bir insan bizə qonaq gəlib.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Sağ olun. Sizi görməyə çox şadam.
Xalq artisti Əlibaba Məmmədov: Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə
bu, bir. İkincisi,
"Heydər Əliyev”
ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam,
- bu, iki. Üçüncüsü, Rusiyanın
Prezidenti Sizə böyük bir mükafat verdi,
bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Çox
sağ olun, Əlibaba müəllim, çox sağ
olun.
Xalq artisti Əlibaba Məmmədov: Təbrik edirəm.
Siz çox böyük işlər görmüsünüz,
hələ də görürsünüz və
hələ də görəcəksiniz. Bilirsiniz,
amma bu üç
iş elə bir işlərdir ki, nə bilim,
tarixdən də o yanadır, bunu tarix yaza bilməz,
bu, mümkün deyil. Allah Sizi
var eləsin.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Çox
sağ olun
Əlibaba müəllim.
Xalq artisti Əlibaba Məmmədov: Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı
qazanmaq böyük bir şərəfdir.
Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Mənim
üçün belə
sözləri sizin kimi insandan eşitmək
böyük şərəfdir.
İnanın mənə, belə
duyğuları hiss etmək
çox xoşdur, Əlibaba müəllim.
Xalq artisti Əlibaba Məmmədov:Sağ olun. Baxıram, bir dəqiqə buraxmıram, harada olursunuz görürəm,
həmişə, necə
deyərlər, ürəyimdəsiniz.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə
sizinlə tanış
olmağımızı. O zaman
Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır,
bizim milli sərvətimiz olan muğamın qorunmasına
yönəlmiş bir
layihə idi, siz böyük yardım göstərdiniz
və bu illər ərzində sizin dəstəyinizlə,
iştirakınızla birlikdə
böyük işlər
gördük. Siz Azərbaycanın
görkəmli xanəndələrindən
birisiniz. Sizin özünüzə
məxsus dəstxətiniz
var, çox gözəl səsə malik olan ustadsınız
və bütün Azərbaycan xalqının
sevimlisisiniz. Sizi hamı
sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın
milli-mənəvi ənənələrinin
daşıyıcısısınız.
Ona görə də böyük hörmətə
malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə
olanda özüm üçün hər dəfə nəsə yeni bir şey
aşkar etmişəm,
öyrənmişəm. Siz böyük müəllimsiniz,
siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc
xanəndələr nəslinin
yetişməsində sizin
misilsiz xidmətləriniz
olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı
arzulamaq istəyirəm.
Xalq artisti Əlibaba Məmmədov:Çox sağ olun, var olun.
Vallah bilmirəm nə deyim, mən çox söz bilirəm, mən hər şeyi bilirəm, amma Sizi görmüşəm
yadımdan çıxıb.
Mən də Sizi təbrik
edirəm. Məsələ burasındadır ki, Putinin dediyi o sözləri bütün
dünya eşitdi.
Hamımız fəxr etdik.
Bilirsiniz
də, bu, hörmət, qayğı
idi, çox gözəl hadisə idi. Siz mənə bir
ağsaqqal, sənətkar
kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz.
Mən Sizin qayğınızı
heç vaxt unutmamışam, heç
vaxt da unutmayacağam,
heç mümkün
də deyil.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Çox
sağ olun.
Xalq artisti Əlibaba Məmmədov: Amma bir şeyi də
qeyd edim ki, Siz məni
təzədən tarixə
salmısınız. Nəyə
görə, mənim
100 dənə mahnım
var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Özü də çox gözəl mahnılardır.
Xalq artisti Əlibaba Məmmədov:Bu mahnılar
əlli ildir camaatın dilində oxunur. Mən Sizdən xahiş
etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb
deyirdilər ki, bizimdir. Siz də o saat
çox böyük həvəslə gözəl
bir layihə yaratdınız.
Birinci vitse-prezident
Mehriban Əliyeva: Elədir.
Bu, bizim mədəni
irsimizdir, Əlibaba müəllim. Sizin yaradıcılıq
irsiniz Azərbaycan xalqının mədəni
irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq,
qorumalıyıq.
Xalq artisti Əlibaba Məmmədov: Doğrudan
da Siz təkcə
mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi,
yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də
orada yad nəfəslər heç
vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı
mən necə unudum, kim
unuda bilər? Xalqımız da unutmayacaq.
Bilirsiniz,
Siz çox işlər görmüsünüz,
danışmaqla qurtarmır.
Amma mən bu sözü
deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir.
Xalq sevsə sənətkarı,
ona dağ bata bilməz.
Birinci vitse-prezident
Mehriban Əliyeva:Çox sağ olun. Mənim üçün böyük şərəfdir
belə sözləri
sizdən eşitmək.
İnanın mənə, doğrudan
böyük şərəfdir.
Çox sağ
olun.
Xalq artisti Əlibaba Məmmədov:Mən olanı
deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin
Hacı Zeynalabdinisiniz.
Birinci vitse-prezident
Mehriban Əliyeva:Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin də böyük salamlarını
sizə çatdırıram.
Xalq artisti Əlibaba Məmmədov:Prezidentimizi də bağrıma basıram.
Birinci vitse-prezident
Mehriban Əliyeva:O, sizi çox sevir, dedi ki, mənim
böyük salamlarımı
Əlibaba müəllimə
çatdır. Sizə möhkəm
cansağlığı arzuladı.
Xalq artisti Əlibaba Məmmədov: Sağ olsun, var olsun.
Öz aramızdı,
baxın, 15 ildə nə qədər işlər görmüsünüz,
kim edə
bilər? Prezidentimiz 15 ildir bizə
rəhbərlik edir, xalqımızı idarə
edir. Baxın, görün, Azərbaycan
o Azərbaycandır, Bakı
o Bakıdır?
Birinci vitse-prezident
Mehriban Əliyeva:Bəli, ölkəmizdə
böyük işlər
görülüb.
Xalq artisti Əlibaba Məmmədov:Böyük işlər
görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə
qoyub. Bilirsiniz, mən siyasətçi
deyiləm, mən muğam ifaçısıyam,
azdan-çoxdan şeiriyyət
bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə
işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin
adından, öz adımdan deyirəm ki, var olun,
dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun.
Birinci vitse-prezident
Mehriban Əliyeva:Çox sağ olun. Mən sizin dəstəyinizi hər zaman hiss etmişəm.
Sonda Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin
görkəmli nümayəndəsi,
Xalq artisti, muğam, təsnif və xalq mahnılarının
mahir ifaçısı
Əlibaba Məmmədova
cansağlığı və
gələcək fəaliyyətində
uğurlar arzuladı.
Azərbaycan.- 2019.-5 dekabr.- S.3.