Azərbaycan nümayəndə heyəti İran prezidenti ilə görüşüb
İranda səfərdə
olan Azərbaycanın
Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
həmsədri Şahin
Mustafayevin rəhbərlik
etdiyi nümayəndə
heyəti İranın
prezidenti Həsən Ruhani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şahin
Mustafayev Prezident İlham Əliyevin məktubunu Prezident Həsən Ruhaniyə təqdim edib. Bildirib ki, Prezident İlham
Əliyev Sizinlə dostluğa və səmimi münasibətlərə
böyük əhəmiyyət
verir. Azərbaycan Prezidenti hesab
edir ki, dostluq əlaqələri iki ölkə arasındakı münasibətlərin
daha da inkişafına
təkan verəcək
və qarşılıqlı
əlaqələr xalqlarımızın
mənafeyinə xidmət
edəcək.
Prezident Həsən Ruhani məktuba görə təşəkkürünü bildirib və onun da səmimi
salamlarını Azərbaycan
Prezidentinə çatdırmağı
xahiş edib. Prezident
Həsən Ruhani deyib ki, İran
ilə Azərbaycan yaxın qonşu olmaqla yanaşı, həm də yaxın dost və qardaş dövlətlərdir.
Hər iki dövlət qlobal əhəmiyyətə
malik olan Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin
formalaşmasında mühüm
rol oynayır. Bu layihəyə daxil
olan dəmir yolu xətti İrandan Azərbaycana və Rusiyaya, oradan isə Avropaya uzanacaq. Bu layihədən yalnız İran ilə Azərbaycan deyil, həmçinin regionun digər dövlətləri də
faydalanacaq. Biz, həmçinin İran, Azərbaycan və Rusiya üçtərəfli
əlaqələrinin inkişafında
da maraqlıyıq.
Prezident Həsən Ruhani iki ölkə arasında digər sahələrdə olduğu
kimi, turizm, yüksək texnologiyalar və ekologiya sahəsində də qarşılıqlı əməkdaşlıq
əlaqələrinin inkişaf
edəcəyinə ümidvar
olduğunu bildirib.
Görüşdə Azərbaycanın İrandakı
səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi
sədrinin birinci müavini Azər Zeynalov da iştirak
ediblər.
Azərbaycan.- 2019.- 5 dekabr.- S.6.