Yol infrastrukturu yenidən qurulur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı
rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı əvvəlcə
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı
rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin
yenidənqurmadan sonra açılışında iştirak
edib.
Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov
Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi
uzunluğu 16 kilometr olan yol yenidən qurularaq 4 zolağa
genişləndirilib.
Dövlətimizin
başçısına 4 min nəfər əhalinin
yaşadığı, 5 məntəqəni birləşdirən
Qonaqkənd–Həmyəli-İkinci Çaylı-İkinci
Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər
barədə də məlumat verildi.
Sonra Prezident İlham Əliyev yolun
rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2019.- 6 dekabr.- S.1.