Bərpa olunan enerji
mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi
tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin təşviqi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra - layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının
Energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
İqtisadiyyat nazirinin
müavini
Azərbaycan Respublikası
Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası
Ədliyyə nazirinin
müavini
Azərbaycan Respublikası
Fövqəladə Hallar
nazirinin müavini
Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
nazirinin müavini
Azərbaycan Respublikası
Şəhərsalma və
Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankının
İdarə Heyəti
sədrinin müavini
"Azərenerji”
Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
"Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
1.2. Komissiyaya tapşırılsın:
1.2.1. layihələrin
həyata keçirilməsi
üçün torpaq
sahələrinin ayrılması
barədə təkliflərini
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2.2. investorlara
verilməsi nəzərdə
tutulan dövlət təminatlarına dair və bu Sərəncamın
1.2.3-cü yarımbəndində göstərilən müqavilələr
üzrə investorlar qarşısında götürüləcək
öhdəliklərin icrasına
dövlət zəmanətinin
verilməsi ilə bağlı təkliflərini
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2.3. beynəlxalq
məsləhətçi şirkət
cəlb etməklə,
elektrik enerjisinin satınalınması müqaviləsinin,
elektrik stansiyalarının
elektrik enerjisi şəbəkəsinə qoşulması
müqaviləsinin, layihələrin
icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin
və tələb olunan digər müqavilələrin dörd
ay müddətində hazırlanmasını
təmin etsin;
1.2.4. layihələrin
müqavilələrdə nəzərdə
tutulmuş müddətdə
və şərtlər
çərçivəsində icrasının təmin edilməsi üçün
zəruri tədbirlər
görsün;
1.2.5. layihələr
üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə
qoşulması, bərpa
olunan enerji mənbələrinin elektrik
enerjisi şəbəkəsinə
inteqrasiyası ilə
əlaqədar şəbəkənin
gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın:
2.1. beynəlxalq
məsləhətçi şirkətin
cəlb edilməsi məqsədilə maliyyə
vəsaitinin ayrılmasını
təmin etsin;
2.2. bu
Sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 6 dekabr.-
S.4.