“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb

 

Reportajda Prezident İlham Əliyevin müsahibəsi də yer alıb

 

Rusiyanın “Rossiya-24” telekanalı dekabrın 5-də XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019”la bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi də yer alıb.

AZƏRTACRossiya-24”ün müxbiri Aleksandr Çernetsovun reportajını təqdim edir.

Aparıcı: Bakı. Yenə Formula 1-in mühərriklərinin gurultusu. Bu dəfə arzu edən hər kəs özünü əsl pilot kimi hiss edə bilər. Yürüş bolidinin super müasir simulyatoruBakutelBeynəlxalq Sərgisinə gətirilib. Yüzlərlə İT şirkətinin 23 ölkədən olan təmsilçisi texnologiyaların inkişafını bu sahədə parlaq layihələri müzakirə edirlər əlbəttə, müqavilələr bağlayırlar. Məsələn, “Azərkosmos Rusiyanın peyk rabitəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Aleksandr Çernetsov razılaşmaların nədən ibarət olduğunu öyrənib.

Müxbir: Telekommunikasiya, İnnovasiya Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” mahiyyətcə ən qabaqcıl İT texnologiyalarının nümayişi üçün arenadır. Hər il Bakıya, Azərbaycan paytaxtına dünyanın 50 ölkəsinin telekommunikasiya bazarının aparıcı oyunçuları gəlir. Bu ilBakutel”də nəinki rekord sayda iştirakçı, həm bağlanacaq müqavilələrin rekord sayı gözlənilir. Axı, bu gün Azərbaycan Xəzəryanı regionda İT texnologiyaları sahəsində aparıcı ölkədir.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaon deyir:

- Təxminən 10 il əvvəl, Prezident İlham Əliyevlə görüşəndə o dedi ki, Azərbaycan neftlə zəngindir. Lakin biz anlayırdıq ki, bu ehtiyat gec-tez tükənəcək. Buna görə hələ o vaxt biz fikirləşdik ki, digər ehtiyat istiqamətlərini inkişaf etdirmək lazımdır. Təbii ki, bu mənada İKT – İnformasiya-Kommunikasiya Texnologiyaları sektoru ən mühüm idi.

Müxbir: “Bakutel-2019” yubiley sərgidir. Düz 25 il bu məkan həm aparıcı İT şirkətlərinə, həm gənc tədqiqatçılara öz nailiyyətlərini göstərmək imkanı verir. Yeni iştirakçılar arasında İrandan olan qonaqlar var. Tərəfdaşlar kiber hücumlara qarşı İT sahəsindəki işlərini sərgidə təqdim edirlər. Digər iki qonşu stenddə isə jurnalistlərin videokameraları həqiqətən tarixi anı qeyd edir: “Azərkosmos Rusiyanın peyk rabitəsi ilk tərəfdaşlıq sazişini imzaladılar.

Rusiyanın “Federal Dövlət Unitar Müəssisəsişirkətinin biznesi inkişafı baş direktorunun müavini Kseniya Drozdova deyir:

- Kosmik imkanlarımızı birləşdirərək, biz Yaxın Şərq, Xəzər Cənubi Afrika regionunda teleradio yayımları şirkətlərinə, rabitə operatorları şirkətlərinə daha geniş imkanlar təqdim etməyi nəzərdə tuturuq.

Müxbir: Yeri gəlmişkən, “Bakuteltəkcə biznes strateji vəzifələr haqqında deyil. Bu, həm əyləncədir.

Yəqin ki, bu sərginin istənilən qonağı özü üçün, öz maraqları üçün nəsə tapa bilər. Məsələn, bu Formula 1-in maksimal olaraq reallığa yaxın bolididir. Bu, əlbəttə ki, virtual olaraq trasda özbaşınalıq etmək özünüzü Alonso kimi hiss etmək üçün nadir imkandır.

Yaxud İT robotexnika. Məsələn, dünyaca məşhur robot - Almaniyadan olan rəssam, bu isə teatronikadır - tamaşaçıların sevimlisi pianoçu robot.

İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli deyir:

-Bilirsiniz, 30-cu ilədək artıq 54 peşə süni intellekt robotexnika ilə əvəz olunacaq. Buna görə bizim üçün gənc nəsilə yaxın gələcəkdə gözlənilənləri nümayiş etdirmək vacibdir.

Müxbir: Sərginin iştirakçılarını qonaqlarını şəxsən salamlamaq üçün bu gün Prezident birinci xanım da gəliblər. Kanalımıza eksklüziv müsahibədə söhbət, ilk növbədə, İlham Əliyevin fikrinə görə, bu gün ən yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərindən getdi.

Prezident İlham Əliyev deyir:

 

-Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu, həm təhlükəsizlik, həm texnologiya, həm biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir.

Müxbir: Bu ilin sonunadək iki ölkənin prezidentləri növbəti dəfə Moskvada görüşəcəklər. Planda, həmçinin İT texnologiyaları sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi var.

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S.1; 5.