Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədəAzərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədəAzərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsini 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 - ci il fevralın 9-na təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2019-cu il.

 

Azərbaycan.-2019.- 6 dekabr.- S. 1.